KÖHNƏ VERSİYA            

Ermənilər yaşamayan şəhərdə Ermənistan konsulluğu? - İran yenə nə oynayır?..

Image

Məcid Cavadi Araz: “Bunu Güney Azərbaycan ictimaiyyəti Güney Azərbaycana qarşı bir sayğısızlıq, hörmətsizlik kimi dəyərləndirir”

“Ermənistanın Təbrizdə baş konsulluğu açılacaq”. “Tasnim News” xəbər verir ki, bunu  İrəvanda səfərdə olarkən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib. 

Abdullahiyan “İranın Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıram. İranın Ermənistanla hər zaman tarixi əlaqələri olub və biz bu münasibətləri daha möhkəm saxlayacağıq. Bu gün biz Tehranın Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılması ilə bağlı razılığını bildirdik və Təbrizdə erməni həmkarım Ararat Mirzoyanın iştirakı ilə konsulluğun açılışının şahidi olacağıq” - deyə bildirib. 

Konsulluq açmağa başqa şəhər tapmırlar ki, gedib Təbrizdə, Azərbaycan şəhərində açırlar?

Erməni konsulluğunu niyə Təbrizdə açmaq istəyirlər ki? Ermənilərin yaşamadığı şəhərdə Ermənistan konssulluğunu açmaqda məqsədləri nədir? İran yenə nə oyun oynayır? 

“Onlar Güney Azərbaycandan, eləcə də İranın bütün türk kökənli vətəndaşlarından layiq olduqları cavabı alacaqlar” 

Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Araz "Bakı-Xəbər"ə şərhində “İranın xarici işlər naziri Abdullahiyan Ermənistana səfərində bildirib ki, İranın Qafanda açdığı konsulluğun qarşılığında bu yaxınlarda Təbrizdə Ermənistanın konsulluğu açılacaq. Təkidlə vurğulayıb ki, İran Ermənistanın ərazi bütövlüyünü tam müdafiə edir, onun arxasındadır. Beləliklə də, bununla bir daha İranda hakim olan fars molla rejiminin Ermənistanla strateji müttəfiqliyin vurğulamış olur. Bu da onu göstərir ki, İran Azərbaycana son zamanlarda bəzi görüntü xarakterli yumşaq mesajlar versə də, aradakı soyuq münasibətləri bir az yumşaltmağa çalışsa da, fars rejimi Güney Qafqazda Ermənistanı özünə strateji müttəfiq görür. Bu mənada, Ermənistanı dəstəkləməyə və gücləndirməyə çalışır. Bu, özəlliklə Ermənistan ictimaiyyətinə  İranın açıq mesajıdır, onlara güvən vermək istəyir”-deyə bildirdi.

M.C.Arazın vurğuladığına görə, molla rejimi erməniləri əmin etmək istəyir ki, İranla Azərbaycan arasında görüntüdə bir yumşalma olsa da, gərginlik azalsa da, bölgədə İranın əsas müttəfiqi Ermənistandır. “Molla rejimi Azərbaycan-Türkiyə birliyinə qarşı Ermənistanı hər zaman ayaqda və güclü tutmağa çalşır. Bildiyimiz kimi, son zamanlar da Fransanın və Hindistanın Ermənistana verdiyi silahın böyük qismi İran üzərindən daşınır. İran özü də Ermənistana silah yardımları edir və hər cür iqtisadi köməklik də  göstərir ki, Ermənistanı Azərbaycan qarşısında güclü saxlasın. Düşünürəm ki, bu elə İranın Azərbaycana qarşı olan ikiüzlü siyasətinin açıq göstəricisidir. Bu, eyni zamanda, Güney Azərbaycana bir mesajdır. Bildiyiniz kimi, Güney Azərbaycanda milli hərəkat, milli mücadilə güclü bir şəkildə davam edir. Özəlliklə yurd içindəki fəallarımızın son zamanlardakı müqavimətləri və dirənişləri İranın basqılarına qarşı Güney Azərbaycanda bir mücadilə ruhunun yüksəlməsinə səbəb olub. Güney Azərbaycan milli hərəkatı tam gücü ilə öz mücadiləsini davam etdirir. Düşünürəm, bu, Güney Azərbaycan ictimaiyyətinə verilən bir mesajdır ki, biz sizə qarşı Ermənistanı Təbrizə gətiririk və burada konsulluq açırıq. Təbii ki, Güney Azərbaycan ictimaiyyəti də, siyasi qüvvələri də, xalqı da Təbrizdə Ermənistan konsulluğunun açılması ilə ilə razı deyil. Bunu Güney Azərbaycan ictimaiyyəti Güney Azərbaycana qarşı bir sayğısızlıq, hörmətsizlik kimi dəyərləndirir. Ola bilsin, molla rejimi bununla bizim xalqa qarşı hörmətsizlik, təhdid, hədə  xarakterli davranış sərgiləmək istəyir. Amma düşünürəm ki, onlar Güney Azərbaycandan, eləcə də İranın bütün türk kökənli vətəndaşlarından layiq olduqları cavabı alacaqlar”-deyə M.C.Araz vurğuladı.

O qeyd etdi ki, Təbrizdə Ermənistan konsulluğunun açılması bizə qarşı həqarətdir və molla rejiminin başbilənləri bunu məqsədli şəkildə edir. Amma müsahibimiz hesab edir ki, Güney azərbaycanlılar və digər türk xalqları buna görə molla rejiminə qarşı gərəkli addımları atacaqlar.   

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031