Azərbaycan və Ermənistan XİN başçıları sərhəddə görüşə bilərlər...
Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi üçüncü ölkələrin girovuna çevrilməməlidir. Bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında Trend-in sualını cavablayarkən bildirib.
“İki ölkə XİN başçıları arasında dövlət sərhədində görüşə bilər. Belə bir təklif tərəfimizdən səsləndirilib. Azərbaycan və ya Ermənistanda keçirilməsinə gəlincə isə, potensial olaraq niyə də yox? Gec-tez biz bunu da görəcəyik.
Azərbaycan və Ermənistan XİN rəgbərləri arasında 2023-cü ildə ikisi Vaşinqton, ikisi isə Moskvada olmaqla ümumilikdə 4 görüş keçirilib. Azərbaycanın təşəbbüsü ilə 23 oktyabr tarixində xarici işlər nazirlərinin Tehranda qeyri-rəsmi görüşü baş tutub”,- deyə nazir əlavə edib.