Britaniya Rusiyanın Qara dəniz donanmasının beşdə birinin məhv edildiyini iddia etdi – “... yanıldılar”
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Krımda Rusiya donanmasına aid gəminin Ukrayna tərəfindən vurulmasından sonra açıqlama verərək, son 4 ayda Rusiyanın Qara dəniz donanmasının yüzdə 20-nin məhv edildiyini bildirib.
“Putinin donanmasının bu son dağıdılması onu göstərir ki, Ukrayna müharibəsinin dalana dirəndiyinə inananlar yanılıblar! Onlar başa düşmədilər ki, son 4 ayda Rusiyanın Qara dəniz donanmasının 20 faizi məhv edilib. Rusiyanın Qara dənizdəki hökmranlığına indi meydan oxunur. Böyük Britaniya və Norveçin rəhbərlik etdiyi yeni Dəniz Bacarıqları Koalisiyası Ukraynanın dənizdə qalib gəlməsinə kömək edir” – deyə britaniyalı nazir bildirib.
TAHİR