Simonyan Paşinyanın Peterburqa getməsinin əsil səbəbini açdı....
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Paşinyanın son Rusiya səfəri barədə danışarkən bəyan edib ki, biz Rusiya ilə eyni iqtisadi ittifaqdayıq,bizim ölkənin iqtisadiyyatı inkişaf dövrü keçirir, biz üzvü olduğumuz İqtisadi İttifaqın sədri olmaq şansını buraxa bilməzdik.
Hər şey aydındır. Həqiqətən də Ermənistan Peterburqda Aİİ- nin növbəti dönəm üçün sədri olub.
Belə nəticəyə gəlmək olur ki, Paşinyan bu dəfə Petetburqa Aİİ- nin sədri olmaq üçün gedib və getməyəcəyi təqdirdə şansı buraxacağını yaxşı anlayırmış. Alen Simonyan əslində bunu demək istəyib.
Nahid Salayev