KÖHNƏ VERSİYA            

Azərbaycan - investor ölkələrin ən güclülərindən biri...

Image

Bu gün Azərbaycan istər xarici investisiyaların axınında, istərsə də xaricə sərmayə qoyuluşunda artıq ön cərgələrdə yer alan ölkələr sırasındadır. Bu barədə danışmazdan öncə qeyd edək  ki, hər bir ölkənin iqtisadi inkişafının təmini üçün ən vacib faktorlardan biri investisiyadır. 

Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, investisiya cəlb edilməsi imkanlarının stimullaşdırılması istiqamətində ciddi addımlar atılıb.

Ölkəmizdə siyasi və iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin uğurla həyata keçirilməsinə imkan verir. Bu, xüsusən İkinci Qarabağ müharibəsindən sonra özünü qabarıq büruzə verir. Eyni zamanda yaxın keçmişdə xarici investisiyadan asılı olan ölkəmizin indi özünün xarici dövlətlərdə müxtəlif layihələrə sərmayə yatırması faktıdır. İndi Azərbaycan artıq borc alan yox, borc verən ölkədir. Maliyyə imkanlarının genişlənməsi, valyuta ehtiyatlarının dəfələrlə artması Azərbaycana imkan verir ki, öz strateji maraqlarının təmin olunması şərti ilə tərəfdaş xarici ölkələrə irihəcmli investisiyalar yatırsın. Bu arada Mərkəzi Bank ilin ilk doqquz ayında Azərbaycanın investisiya göstəricilərini açıqlayıb. Bu müddətdə Azərbaycanın xarici ölkələrə yatırımları ayrıca diqqət çəkir. 2023-cü ilin ilk doqquz ayı ərzində Azərbaycan xarici ölkələrə 2 milyard 692 milyon dollar investisiya yatırıb. Müqayisə üçün qeyd edək ki, ötən il boyunca xarici ölkələrə toplam 1 milyard 152 milyon dollar investisiya yatırılmışdı. Beləliklə, bu ilin ilk doqquz ayında Azərbaycanın xarici ölkələrə yatırdığı investisiya məbləği ötən ilin 12 ayındakı məbləği iki dəfədən çox aşır. Bu, ölkədən Türkiyəyə yatırılan investisiya həcmindəki kəskin artımdan qaynaqlanır. Belə ki, bu ilin ilk doqquz ayında Azərbaycanın xarici ölkələrə yatırdığı vəsaitin 1 milyard 760 milyon dollar - 65.4 faizi məhz Türkiyə ilə bağlıdır. Ötən il boyunca Azərbaycandan Türkiyəyə 247 milyon dollar yatırılmışdı. Beləcə, 2023-cü ildə Azərbaycanın Türkiyəyə investisiya həcmində təxminən yeddi dəfə artım baş verib. Türkiyədən sonra ən çox investisiya yatırılan ölkə olan ABŞ-a yönəldilən vəsaitsə cəmi 259 milyon dollardır. Bu da Türkiyə ilə müqayisədə təxminən yeddi dəfə azdır. Onu da bildirək ki, Türkiyə təkcə 2023-cü ildə deyil, Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bəri ən çox investisiya yatırılan ölkədir. Rəsmi rəqəmlərə görə, 1995-ci ildən bəri Azərbaycan Türkiyəyə 20 milyard dollara yaxın vəsait yatırıb. Eyni zamanda, Türkiyə şirkətləri indiyədək Azərbaycanda toplam dəyəri 18 milyard dollarlıq 517 layihəyə qatılıb. Bu zaman kəsiyində, “Azadlıq” radisonunun məlumatına əsasən, Azərbaycanda 5 min 800 Türkiyə şirkəti fəaliyyət göstərib, Türkiyədə isə 2 min 800 Azərbaycan şirkəti iş görüb. İki ölkənin qarşılıqlı yatırım müqayisəsi göstərir ki, Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi Türkiyənin Azərbaycana yatırdığı investisiya həcmindən 60 faiz daha çoxdur. İndiyədək Türkiyənin Azərbaycana yatırdığı investisiya həcmi 12.5 milyard dollardır.

Azərbaycanın Türkiyədəki ən böyük yatırımı “Star” neft emalı zavodudur. İndi Türkiyədə emal olunan neft məhsulları istehsalının az qala 25 faizi məhz bu zavodun payına düşür. Müəssisədə ilboyu 5 milyon ton dizel yanacağı istehsal  edilir. Bu da Türkiyənin eyni növ məhsul idxalını 40 faiz, mayeləşdirilmiş qaz idxalını isə 70 faiz azaldıb. Türkiyədəki “Petkim” neft-kimya nəhəngi  Azərbaycanın xaricdə ən böyük layihəsi kimi qiymətləndirilir. Ölkəmizin “Petkim”ə qoyduğu sərmayələr və onun perspektivləri Egey bölgəsinə yeni bir həyat gətirib. Açıqlanan rəqəmlərdən aydın olur ki, indiyədək SOCAR-ın Türkiyəyə yatırdığı toplam vəsait 18 milyard dollardır. Azərbaycanın indiyədək Türkiyəyə yatırdığı investisiyaların böyük hissəsi SOCAR-ın payına düşür. Öz növbəsində, Türkiyənin Azərbaycandakı investisiya fəaliyyəti isə daha çeşidli sahələri əhatə edir. Azərbaycana yatırılan investisiya həcminə görə Böyük Britaniya birinci olsa da, sırf qeyri-neft sektoru üzrə Azərbaycana ən çox yatırım edən ölkə Türkiyədir. Hazırda rəsmi Bakı işğaldan azad edilmiş ərazilərə xarici investorların cəlbi istiqamətində fəal iş aparır, bir sıra ölkələr ərazilərin bərpasında və infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edir. Xatırladaq ki, Azərbaycan 2021-ci ildən bəri işğaldan qurtulmuş ərazilərdə tikinti işlərinə başlayıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov bugünlərdə açıqlayıb ki, indiyədək dövlət büdcəsindən Qarabağdakı tikinti işlərinə toplam 7 milyard dollar ayrılıb. Türkiyə şirkətləri ilə bağlanan müqavilələrin dəyəri 3.4 milyard dollardan çox olub. Bu, o deməkdir ki, indiyədək Qarabağa ayrılan vəsaitin təxminən yarısı dəyərində türk şirkətləri ilə müqavilələr imzalanıb.  Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlər iki ölkə arasındakı ticarət dövriyyəsində də kəskin artım baş verdiyini göstərir. Bu ilin 11 ayı ərzində Azərbaycanla Türkiyənin toplam ticarət dövriyyəsi 7 milyard 197 milyon dollar olub. Bu göstərici ilə Türkiyə Azərbaycanın əsas neft və qaz məhsulları idxalçısı İtaliyadan sonra ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın toplam ticarət dövriyyəsinin 15.2 faizi məhz Türkiyə ilədir. 2023-cü ildə Azərbaycan Türkiyəyə 5.1 milyard dollarlıq ixrac gerçəkləşdirib və 2.1 milyardlıq idxal həyata keçirib. Türkiyə Azərbaycanın İtaliyadan sonra ən çox ixrac gerçəkləşdirdiyi ikinci, Rusiya və Çindən sonra da ən çox idxal həyata keçirdiyi üçüncü ölkə olub. Azərbaycanın Türkiyə ilə ticarətdən qazandığı 5.1 milyard dolların 14 faizi qeyri-neft məhsullarının, 86 faizi isə enerji məhsullarının payına düşür. Bu baxımdan, Türkiyə Azərbaycanın neft və qaz məhsullarının da əsas alıcısıdır. Azərbaycan qazı Türkiyəyə digər ölkələrlə müqayisədə daha sərfəli şərtlərlə satılır. Hər iki ölkənin rəsmiləri açıqlayıb ki, qarşıdakı bir neçə il ərzində Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsinin həcmi 15 milyard dollara çatdırılacaq. Bu, indiki ilə müqayisədə iki dəfə artım deməkdir və qarşıdakı illərdə hər iki ölkənin iqtisadiyyatları arasında əlaqənin bir qədər də yüksələcəyini göstərir. Azərbaycan türkiyə ilə yanaşı digər ölkələrlə iqtisadi, o cümlədən qarşılıqlı investisiya fəaliyyətini genişləndirir.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031