KÖHNƏ VERSİYA            

Peskov Ermənistanın sülh hazırlığına niyə bu qədər əmindir?..

Image

“Peskov, təbii ki, bu fikri tərəflərin bəyanatlarını, verdiyi məlumatları nəzərə alıb deyir”

“Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev bəyan ediblər ki, sülh sazişini başa çatdırmağa hazırdırlar”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

"Onlar müharibə edən tərəflər deyil, onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər. Burada heç bir risq yoxdur", - deyə o, Birinci Kanala müsahibəsində bildirib. 

Peskov deyir ki, Bakı və  İrəvan vahid sülh sazişi mətnini ortaya qoymağa hazırdılar. Niyə belə deyir? O doğrudan əmindir ki Ermənistan bu sazişə hazırdı, ya sadəcə sülh danışıqlarını Moskvada yenidən başlatmaq üçün gediş edir? 

Yəni Peskov bilir ki, Paşinyan sülh sazişi məsələsində Moskvanın vasitəçiliyini qəbul etmək istəmir. Paşinyan Moskvanın vasitəçiliyini istəmədiyi halda Peskov Paşinyanın sülhə hazır olduğunu deyib, bu əminlik onda hardandır? Paşinyan Moskvanın vasitəçiliyini qəbul etmir, onda necə ola bilər ki, sülh sazişini imzalamağa hazır olsun? 

“Rusiya indi bölgəyə nə Avropa İttifaqını, nə Fransanı, nə də Birləşmiş Ştatları buraxmaq  istəyir və çalışır ki, Ermənistanla Azərbaycan arasında əvvəldə düşündüyü kimi sonda yox, əvvəldə sülh müqaviləsi imzalansın” 

Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiya indi uzun illər boyu öz qurduğu oyunun və tələnin qurbanına çevrilib: “Rusiya uzun müddət sülh müqaviləsinin imzalanmasının təxirə salınması yolunda tərəflərə təzyiqlər edirdi. Rusiya təklif edirdi ki, birinci kommunikasiyalar açılsın, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi başlasın və on illərlə davam etsin, Rusiya da burada məşvərətçi, məsləhətçi rolunda çıxış etsin. Sonra xalq diplamatiyası ortaya qoyulsun, ardınca Qarabağın təxirə salınmış status məsələsi qərara alınsın, Azərbaycanın ərazisində qurulmuş erməni quldur rejimi tanınmamış dövlət kimi yaşasın və “10, 20 ildən sonra gələcək nəsillər Qarabağın statusu barədə qərar qəbul edərlər” deyə Rusuya uzun müddət tərəfləri bu cür formulun, normativlərin arxasınca aparmağa çalışırdı. Bir tərəfdən Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə. digər tərəfdən, erməni separatzminin öz ərazisində kökünü kəsməsi, üçüncü tərəfdən isə Avropa İttifaqının və Birləşmiş Ştatların aktivləşməsi məsələsi baş verdi. Ermənistanın məhz Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda Qarabağ da daxil olmaq şərti ilə Azərbaycanın ərazi bütövlüyünü tanıması və Rusiyanın əlindən “mübahisəli ərazilər” faktorunu alması, üstəlik də Azərbaycanın erməni separatizminin kökünü kəsməsi Rusiyanı öz planlarından imtina etməyə məcbur edir. Rusiya indi bölgəyə nə Avropa İttifaqını, nə Fransanı, nə Birləşmiş Ştatları buraxmaq  istəyir və çalışır ki, Ermənistanla Azərbaycan arasında əvvəldə düşündüyü kimi sonda yox, əvvəldə sülh müqaviləsi imzalansın. Rusiya bu sülh müqaviləsinin də Moskvada imzalanmasını istəyir, o da bu imzalanmış sülh müqaviləsinin qarantı kimi çıxış etsin, Ermənistanı da yenidən Rusiyanın təsir zonasına qaytarsın, Azərbaycanın da rəğbətini qazansın, yenidən ermənilərin Qarabağa dönüşünü təşkil edib dövlətçiliyimizin bətnində erməni parazitizmini saxlaya bilsin. O səbəbdən də, Peskovun söylədiyi kimi, indi ortada sülh müqaviləsinin imzalanmasına real şans var, gerçəkdən Azərbaycan, həm də Ermənistan tərəfi sülh müqaviləsinin layihəsi üzərində aktiv işləməyə başlayıblar. Halbuki, Azərbaycan hər zaman aktiv olub, Ermənistan isə vaxtı uzatmaq, “rezin diplomatiyası” tətbiq edib sülhə gəlməmək üçün əlindən gələni edirdi. Amma Ermənistan başa düşür ki, çıxış yolu yoxdur, yeganə çıxış yolu Azərbaycanla sülhə gəlmək, sülh müqaviləsi imzalayıb Türkiyə ilə sərhədlərin açılmasına, ölkəmizlə diplomatik münasibətlərin qurulmasına və kommunikasiyaların açılmasına nail olmaqdır. Peskov çıxışında deyib ki, artıq danışıqlar finala yaxınlaşır, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi şərait var. Peskov, təbii ki, bu fikri tərəflərin bəyanatlarını, verdiyi məlumatları nəzərə alıb deyir. Amma Rusiyanın əsas  məqsədi ABŞ-n, Avropa İttifaqının aktivliyinə qarşı mübarizə aparmaq və yenidən regionu öz nəzarətinə almaqdan ötrü həmin imzalanacaq sənədlərin qarantı kimi çıxış etməkdir”-deyə M.İsmayılov vurğuladı. 

M.İsmayılov əlavə etdi ki, Ermənistan mütləq imzalanacaq müqavilənin qarantının olmasını istəyir. Politoloqun fikrincə, əslində  bu, danışıqları pozmaq üçün Ermənistanın  manipulyativ və spekulyativ bir addımıdır. “Ermənistanla Azərbaycan arasında bağlanacaq müqaviləyə qarant gərək deyil. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcəksə heç zaman müharibə olmayacaq. Qarantiya budur. Amma başqa dövlətin, başqa bir xarici gücün Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində arbitr rolu oynaması tələbini biz 28 il müddətində ATƏT-in Minsk qrupunun timsalında gördük. O səbəbdən qarantiya oyunu, təbii ki, ermənilərin və onların havadarlarının ortaya atdığı bir uydurma arqumentdir. Rusiyanın istəyi budur ki, bu müqavilə onun nəzarəti və  zəmanəti altında, özü də mütləq Rusiyanın ərazisində imzalansın. Ona görə də bu cür açıqlamalar səsləndirilir. Məsələ budur”-deyə M.İsmayılov bildirdi.

İradə SARIYEVA  







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031