"Mançester Yunayted"in yeni sahibi 300 işçiyə qapını göstərir..
İNEOS-un sədri, "Mançester Yunayted"in səhmlərinin 25 faizini alan Cim Ratkliff klubun 300 işçini ixtisar edə bilər. Bu barədə "The Guardian" məlumat yayıb. Yeni lider genişmiqyaslı optimallaşdırma aparmaq üçün kənar auditordan “Mançester Yunayted”in strukturunu və xərclərini qiymətləndirməyi xahiş edəcək. Ratkliff hesab edir ki, 1000 nəfərlik işçi qüvvəsi 25-30 faiz azaldıla bilər. İşçilər başa düşürlər ki, mülkiyyət strukturunun dəyişdirilməsi işçilərin və şöbələrin sayına yenidən baxmaq deməkdir.
Mətləb