Netanyahunun həyat yoldaşı girovların azad edilməsi üçün Papadan kömək istədi
İsrailin Baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Roma Papası Fransiskdən Qəzza sektorunda saxlanılan girovların azad edilməsinə kömək göstərməsini istəyib.
İsrail Baş nazirinin ofisinin məlumatına görə, Sara Netanyahu Roma Papasından heç bir şərt olmadan bütün girovların dərhal azad olunması üçün öz nüfuzundan istifadə etməsini, həmçinin girovlara onlara dərman çatdırması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə çağırış etməsini xahiş edib.
Məktubda HƏMAS hərəkatının əlində əksəriyyəti yaralı və ya xəstə olan 129 girovun olduğu deyilir.
Qeyd edək ki, bir müddət öncə isə Binyamin Netanyahu Fələstin eksklavında hərbi əməliyyatların gücləndiriləcəyini bildirib. Eyni zamanda, SAXAL Qəzza sektorundakı tunellərdə beş girovun cəsədinin tapıldığı barədə məlumat yayıb.