KÖHNƏ VERSİYA            

Xəzər limanlarında gəmilərə təhlükə - işləmək çətinləşir...

Image

Məlum olduğu kimi, Xəzəryanı ölkələr üçün son illərin ən aktual problemlərindən biri də dənizin səviyyəsinin aşağı enməsidir. Bu problem Türkmənistan, İran və Qazaxıstnda özünü getdikcə daha kəskin formada büruzə verməyə başlayıb.

Məsələn, Türkmənsitanda əvvəllər Türkmənbaşıdan Xəzər şəhərinə gəmi ilə getmək mümkün olduğu halda, indi artıq mümkün deyil. Dünyanın ən böyük qapalı dənizi olan Xəzərdəki bu marşrut suyun azalmasına görə artıq istifadə oluna bilmir. Dənizdə ciddi lillənmə, yəni dəniz dibində çöküntü toplanması çox olduğundan, su çəkilditindən bu marşrut bir ildir ki, ləğv edilib. Burada qeyd edək ki, Avropa ilə Asiyanı bir-birindən ayıran 371 min kvadrat kilometrlik Xəzər dənizi Almaniyadan böyükdür. Lakin onun Almaniyadan əhəmiyyətli bir fərqi var: səthi hər il azalır. Bunun səbəbləri haqqında çox az araşdırma aparılıb. Buna görə də mütəxəssislərin fərqli nəzəriyyələri var. Ancaq səbəb nə olursa olsun, onlar iqlim dəyişikliyinin mövcud vəziyyəti daha da pisləşdirdiyi ilə razılaşırlar. Xəzər şəhərinin peyk görüntüləri dənizin 800 metr geri çəkildiyini göstərir. Ona görə də dənizdəki bir ada getdikcə quruya birləşir. Türkmən alimi Nəzər Mouradov deyir ki, dəniz səviyyəsinin dəyişməsi dənizin dibinə təsir edən tektonik hərəkətlər və seysmik fəaliyyətlər nəticəsində baş verir. O bildirir ki, Xəzərdə suyun səviyyəsi 1930-1980-ci illərdə çəkilib, sonra yenidən artıb. Digər tərəfdən, o, iqlim dəyişikliyinə də diqqət çəkir: “Ancaq bu dəyişikliyin iqlimlə bağlı səbəbləri də var: dəniz səviyyəsi çayların axınından asılıdır və çayların axını azalır. Yağışın miqdarı azaldıqca, buxarlanma sürəti artır”. Mərkəzi Asiya iqlim dəyişikliyindən çox təsirlənir. Bu bölgə iyirminci əsrin ən böyük ekoloji fəlakətlərindən biri olan Aral dənizinin qurumasının təsirini hələ də hiss edir. Türkmənistanın ən böyük sahil şəhəri Türkmənbaşıda dəniz qarşısıalınmaz şəkildə çəkilir. Xəzərdə mütəmadi üzən 35 yaşlı şəhər sakini Liyudmila Essenova BBC-yə açıqlamasında maraqlı bir məqama diqqət edir: “Keçən yay dənizə girəndə su çiyinlərimə qədər idi, sonra belimdən oldu, bu il dizdən aşağıdır”. Essenova indi üzə bilmək üçün dənizdə bir xeyli yeriyərək irəli getməlidir. Ancaq lillənmə də ciddi problemlər yaradır. Ən əsas da iqtisadi problemlər. Lillənmə Xəzər sahilindəki infrastruktura təsir etsə də, Mərkəzi Asiyanın ən böyük limanı olan və Avropa ilə Asiya arasındakı ticarətdə mühüm əhəmiyyət kəsb edən Türkmənbaşı da bundan əziyyət çəkir.

Son vaxtlarda Türkmənistanın və Xəzər dənizinin kommersiya əhəmiyyətini artıran iki hadisə baş verib. Bunlardan biri Rusiyanın Ukraynada başlatdığı müharibədir. Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqı ölkələri təbii qaz ehtiyatlarını şaxələndirmək üçün müxtəlif yollar axtararkən gözlərini Azərbaycan və Türkmənistana dikiblər. İkinci hadisə Qarabağ münaqişəsinin həlli oldu. Gələn ilin əvvəlində Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişindən sonra Türkmənistanın təbii qazı Zəngəzur dəhlizi ilə Türkiyə və Avropa İttifaqına ötürülə bilər. Bunlar fonunda Xəzərə diqqət daha da artır. Vəziyyət o qədər ciddidir ki, adətən, qapalılığı və problemlər haqqında danışmamaları ilə məşhur olan Türkmənistan idarəçiləri bu məsələ ilə bağlı açıqlama verməyə ehtiyac duyurlar. Karbohidrogenlərlə zəngin və avtoritar bir hakimiyyətə sahib olan Türkmənistanın xarici işlər naziri Rəşid Meredov qeyd edir: “Son 25 ildə Xəzər dənizi 2 metr azalıb. Bu, nəinki narahatlıq yaradır, ondan da pisdir”. Meredov hesab edir ki, problemin böyüklüyünə görə sahilyanı ölkələr əməkdaşlıq etməlidir: “Xəzər dənizinin çəkilməsi bizim daha çox diqqət yetirməli olduğumuz ən ciddi problemdir”. Sahilyanı ölkələr arasında əməkdaşlıq hələ başlanğıc mərhələsindədir. Onlar Xəzər dənizinin statusu ilə bağlı 20 ildən artıq çəkən müzakirələrdən sonra, nəhayət 2018-ci ildə razılığa gəliblər. Suyun səviyyəsinin azalması və temperaturun artması Xəzər dənizində, xüsusilə suitilərin həyatına da təsir edir.Xəzər və Aral regionda quraqlıqdan əziyyət çəkən yeganə su hövzəsi deyil. İranda Urmiyə və Aydar göllərində də suyun səviyyəsi azalır. Hesablamalar göstərir ki, Xəzər dənizinin səviyyəsi son 5 il ərzində 69 sm, son 10 ildə isə 114 sm aşağı enib. Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə - balıqçılıq, dəniz nəqliyyatı, limanların fəaliyyəti, tikinti kimi müxtəlif sektorlara, eləcə də sahil zonasında yaşayan əhaliyə təsir göstərir. Bu günlərdə isə Dünya Bankı Xəzərin səviyyəsinin azalması ilə bağlı həyəcan təbili çalıb. Qurum bildirir ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi tendensiyası 2023-cü ildən sonra da davam edərsə, o zaman limanların, xüsusilə Aktau və Ələt limanlarının ötürücülük gücü təhlükə altında olacaq. Məlumatda qeyd olunur ki, hazırda dənizdə suyun səviyyəsinin xüsusilə aşağı olması limanlara yaxınlaşmada naviqasiya və yanalma məntəqələrində gəmilərin istismarı ilə bağlı problemləri artırır. Hesabatda vurğulanır ki, Xəzər dənizində bir çox gəmilər artıq tam gücü ilə işləyə bilmir.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031