KÖHNƏ VERSİYA            

Ağsaqqallar Azərbaycanın son 20 ildə keçdiyi yola belə qiymət verdilər....

Image

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının Ümumi yığıncağı keçirilib. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin sədri və üzvlərinin, təşkilatın Aparat əməkdaşlarının, Şuranın 77 şəhər və rayon təşkilatından olan nümayəndə heyətlərinin, həmçinin ölkəmizin tanınmış alimlərinin, ziyalılarının və gənclərin iştirakı ilə keçirilən Ümumi yığıncaq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman şəhidlərimizin və ötən dövr ərzində vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 illlik uğurlu fəaliyyətindən və misilsiz xidmətlərindən bəhs edən videoçarxın nümayişindən sonra Ümumi yığıncaq öz işinə başlayıb. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev giriş nitqi ilə çıxış edərək qonaqları salamlayıb. O, öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının 2023- cü ildəki fəaliyyətindən danışaraq bildirib ki, cari il ərzində təşkilat ölkəmizdəki ictimai-siyasi proseslərdə yaxından iştirak etməklə xalqımızın milli mənafeyinə xidmət göstərib. Qarşıya qoyulan əsas məqsəd ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etmək, xüsusilə yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində ağsaqqalların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğini geniş şəkildə həyata keçirmək olub. Əlavə edib ki, Azərbaycan Ağsaqqallar Şurasının 2023-cü ildəki fəaliyyətinin yekunlarına dair Hesabatı geniş şəkildə kitabça formasında çap olunaraq tədbir iştirakçılarına paylanılıb.

Sonra Eldar Quliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli, beynəlxalq səviyyədə söz sahibi olan dövlətə çevirməsini xüsusi olaraq qeyd edib. Vurğulayıb ki, 35 min üzvü olan Azərbaycan Ağsaqqallar Şurası bu gün Ümumi yığıncaq keçirərək Prezident İlham Əliyevin siyasətinin davam etdirilməsini tarixi zərurət hesab edir. Ümumi yığıncaqda, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib.
Sonra tədbirdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədrin müavini, millət vəkili, professor Eldar İbrahimov, həmçinin Şuranın İdarə Heyətinin üzvləri - akademik Abel Məhərrəmov, professor Misir Mərdanov və başqaları çıxış edərək Şuranın cari ildəki fəaliyyətini qənaətbəxş hesab ediblər. Bildiriblər ki, təşkilatın hər bir üzvü qüdrətli, müasir, zəngin ölkəmizin memarı olan güclü və alternativsiz Liderin-İlham Əliyevin uğurlu yolunun davam etdirilməsini dəstəkləyir. Ümumi yığıncağın sonunda İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsinə dair Azərbaycan Ağsaqqallar Şurasının Bəyanatı qəbul olunub və tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bəyanatda deyilir:
"Azərbaycan Ağsaqqallar Şurası xalqımızın mütərəqqi tarixi ənənələrinin, zəngin milli-mənəvi dəyərlərinin qorunması işinə daim öz töhfəsini verməyə çalışır. Ağsaqqal xeyir-duası hər bir azərbaycanlı üçün böyük məna daşıyır. Cəmiyyətdə ictimai münasibətlərin tənzimlənməsində ağsaqqal sözünə hər zaman ehtiyac duyulub. Xalqımız həmişə müdrikliyə arxalanıb, tarixin ən həlledici anlarında müdrik seçimlər Azərbaycanı böyük bəlalardan qoruyub. 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində bu gün əldə olunan bütün uğurların təməlini qoyub.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmiş nəhəng tarixi şəxsiyyətdir, o, özündən sonra böyük siyasi irs miras qoyub. Heydər Əliyevin xalqımıza bəxş etdikləri saysız-hesabsızdır, o həm də Azərbaycan xalqına İlham Əliyev kimi oğul bəxş edib!
"Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək". 20 il əvvəl bu sözləri Ulu Öndər sanki bu günləri görərək deyirdi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Heydər Əliyev yolunu, irsini ən layiqli şəkildə davam etdirir, o, “ata vəsiyyəti”ni yerinə yetirərək Şuşanı azad etdi. 3 ay öncə Xankəndini işğaldan azad etdi. Bu gün bütün Qarabağda, Şərqi Zəngəzurda şanlı Azərbaycan Bayrağı qürurla dalğalanır. İlham Əliyev qalib xalqın qalib lideridir!

Biz ağsaqqallar 30 il əvvəli də, 20 il əvvəli də yaxşı xatırlayırıq, xalqımız necə iztirablar çəkirdi. Vətən, yurd nisgili, həsrəti ilə sıralarımızdan nə qədər insan bu dünyadan köçdü. Biz xoşbəxt insanlarıq ki, bu günü gördük. Xalqımızın, dövlətimizin bu xoşbəxt günlərini görmək nəsibimiz oldu. Bu gün Azərbaycan tarixində olmayan qədər qüdrətli dövlətdir!

Biz gənclərlə daim ünsiyyətdəyik, onlarla fəxr edirik! Sirr deyil ki, bu gün bəzi hallarda kənardan milli-mənəvi dəyərlərimiz hücuma məruz qalır, yad ünsürlər gənclərimizi təsir altına salmağa, onların gözündə tarixi keçmişimizi, Vətənimizi, dövlətçiliyimizi təhrif etməyə çalışırlar. Ancaq heç nəyə nail ola bilmirlər. Çünki bu gənclik Prezident İlham Əliyevin dövründə yetirişib, bu gənclik Qarabağ uğrunda canını, qanını verib.
Azərbaycanda yaşlı nəsil də, gənc nəsil də bir yerdədir, bütün xalqımız Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bir yumruq kimi birləşib. Bu dəmir yumruğun gücünü 44 günlük Vətən müharibəsi göstərdi. Bundan sonra Azərbaycanı ancaq qələbələr gözləyir. Tam müstəqil siyasət, tam ərazi bötövlüyü, tam suverenlik, güclü iqtisadiyyat, böyük intellektual potensial, insan resursları və ağıllı, çevik idarəçilik – budur, İlham Əliyevin yaratdığı Azərbaycan!
İlham Əliyev Azərbaycan xalqının milli lideridir. Biz ağsaqqallar, Sizinlə fəxr edirik, cənab Prezident!
35 min üzvü olan Azərbaycan Ağsaqqallar Şurası bu gün Ümumi Yığıncaq keçirərək Prezident İlham Əliyevin siyasətinin davamını istədiyini bəyan edir. Çünki bu yol qələbə, təhlükəsizlik, əmin-amanlıq, rifah, inkişaf yoludur!
Biz daim Sizinləyik, cənab Prezident!"








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031