"Ermənistan siyasi rəhbərliyi tərəfindən müəyyən pozitiv mesajları eşidirik" - Ceyhun Bayramov
Son zamanlar, xüsusilə Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa etməsindən sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səsləndirilən mesajları təbii ki, diqqətlə izləyirik. Burada biz müəyyən pozitiv mesajları eşidirik.
Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
“Ancaq pozitiv mesajların və sözlərin verilməsi nə qədər önəmli olsa da, onların real işlərə transformasiya edilməsi ən önəmli məqamdır. Biz noyabrın sonunda Ermənistan tərəfindən sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini almışdıq, 1 ay ərzində bizim tərəfimizdən qarşı tərəfə işlənilmiş təkliflər paketi qaytarıldı. Bu proses gedir”, - deyə nazir əlavə edib.