Gənclər Fondunun Nizamnaməsində dəyişiklik edildi - FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Gənclər Fondunun Nizamnaməsi”nə yeni yarımbənd əlavə edilib:
“4.7.1-3. bu Nizamnamənin 4.14-cü bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş qərarı qəbul edir;”.
4.14-cü bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilib:
“İcraçı direktor olmadıqda Şuranın qərarı ilə, müvəqqəti olmadıqda isə İcraçı direktorun əmri ilə müavinlərindən biri onu əvəz edir.”.