Daha 27 ailə Zabuxa döndü
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülüb.
Beləliklə, indiyədək Zabux kəndində 203 ailənin ( 783 nəfər) daimi məskunlaşması təmin edilib.
Doğma yurda qayıdan Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Mətləb