İsrailin keçmiş baş nazirindən təəccüblü açıqlama - Netanyahu aradan götürülməlidir...
İsrailin oktyabrın 7-də Qəzzaya qarşı başladığı hücumları aramsız olaraq davam edir. Hücumlarda ölənlərin sayı 20 mini keçib. Atəşkəs çağırışlarına baxmayaraq İsrailin baş naziri Benyamin Netanyahu, HƏMAS məhv edilmədikcə Qəzzada atəşkəs olmayacağını bəyan edib.
İsrail tarixində ilk həbsdə olan baş nazir Ehud Olmert isə Netanyahunu sərt tənqid edib. Olmert, Netanyahunun açıqladığı hədəflərə çatmaq imkanının olmadığını və Qəzzada dərhal atəşkəsin yaradılması gərəkdiyini bildirib.
"Qəzzada dərhal atəşkəs olmalıdır və Netanyahu aradan götürülməlidir. O, aldatma, saxtakarlıq və siyasi şouçuluq metodunu mənimsəyir. İndi məlum oldu ki, onun Qəzzada açıqladığı hədəflərə çatmaq şansı yoxdur” - Olmert deyib.
TAHİR