KÖHNƏ VERSİYA            

Hindistan Ermənistanı ballistik raketlə silahlandırır...

Image

Son dövrlər Hindistanla Ermənistan arasında silah ticarətinin intensiv qaydada inkişaf etməsi müşahidə edilir. Hazırda Hindistan Ermənistana ən müxtəlif silah növlərinin satışını həyata keçirir. Məsələn, ötən ay  bu ölkə İrəvana 150 min ədəd qumbara satışı həyata keçirilib.

Bunun ardınca Hindistanın “Bharat Forge” şirkəti “MARK 155” təkərli özüyeriyən haubitsaların Ermənistan üçün nəzərdə tutulduğunu təsdiqləyib.

Onu da xatırladaq ki, hərbi əməkdaşlıq çərçivəsində 2020-ci ildə Ermənistan Hindistandan dörd “Svati” mobil radar sistemi alıb. 2022-ci ilin sentyabrında isə “Pinaka” reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər və müxtəlif növ raketlərin alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb. Bundan başqa, Hindistanın pilotsuz təyyarələri vurmaq üçün hava hücumundan müdafiə sistemləri istehsal edən “Zen Technologies” şirkəti Ermənistanda filial açmaq niyyətindədir. Digər məlumata görə isə, Hindistan Ermənistana “Akaş” kompleksi də tədarük etməyi düşünür. Ermənistan bu hava hücumundan müdafiə sistemlərini Hindistandan 600 milyon dollara alıb. Qeyd edək ki, “Akaş” qısa mənzilli zenit-raket kompleksi Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı tərəfindən yaradılıb. Kompleksin ilk uğurlu sınaqları 2007-ci ilin dekabrında baş tutub. O vaxtdan bəri bir neçə yeni modifikasiya yaradılıb. İndi də bəlli olur ki, Hindistan Ermənistanla raket sistemlərinin mümkün satışı ilə bağlı danışıqlar aparır. Hindistan Müdafiə Nazirliyinin tabeliyində olan Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatına istinadən “Indian Defence Research Wing” portalı bunu təsdiq edib. Xüsusilə Hindistan səsdən sürətli “BrahMos” qanadlı raketi və “Pralay” qısa mənzilli ballistik raketi tədarük etməkdə maraqlıdır. Qeyd edilir ki, “Pralay” raketinin uçuş məsafəsi 150-500 km, “BrahMos” raketi isə 290 km-ə qədərdir. Mənbə qeyd edib ki, Ermənistanla potensial sövdələşmə Hindistanın müdafiə ixracı və İrəvanla strateji tərəfdaşlığı üçün irəliyə doğru mühüm addımdır. Xatırladaq ki, hələ bu ilin iyulunda Hindistan mətbuatı Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyətinin hərbi təchizat məsələlərini müzakirə etmək üçün Dehliyə səfəri barədə məlumat yayıb. Bundan əvvəl, cari ilin mayında Hindistanın yeni səfiri Sridxaran Madhusudhananın etimadnaməsini qəbul edən prezident İlham Əliyev onun diqqətinə çatdırıb ki, bu gün Ermənistanda ölkəmizə qarşı ərazi iddialarını davam etdirən revanşist qüvvələr baş qaldırır. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını bildirən dövlət başçısı qeyd edib: “Əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır?”. Azərbaycan prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər. Lakin Hindistan bunu nəzərə almır, Ermənistanı silahlandırır. Hindistan səfiri isə Azərbaycan tərəfinin qaldırdığı məqamın aidiyyəti üzrə çatdırılacağını bildirib və ikitərəfli münasibətlərdə narahatlıq doğuran məsələlərin müzakirəsi üçün iki ölkə arasında dialoqun aparılmasının vacibliyini qeyd edib. Amma real durum tamam əks mənzərəni üzə çıxarır.

Ancaq onu da qeyd edək ki, Hindistan dünyanın ərazi və əhali baxımından öndə olan ölkələrindən sayılsa da, sosial-iqtisadi inkişaf cəhətdən geridədir. Bu ölkədə əhalinin böyük hissəsi səfalət içində yaşayır, istehsal etdiyi əksər məhsulların keyfiyyəti isə müasir dünya standartlarına cavab vermir. Bu, Hindistan istehsalı olan silahlara da aiddir. Bu mənada Ermənistan Hindistan silahlarına güvənib hansısa addım atsa, sadəcə, özünü yeni təhlükəyə atmış olacaq.   Aydın məsələdir ki, İrəvanın Hindistandan aldığı bu silahlar heç də müdafiə məqsədi daşımır. Həmin silahları almaqda İrəvanın əsas məqsədi Azərbaycanı hədəfə almaqdır. Buradan görünür ki, Dehli də həmin məsələdə maraqlıdır. Azərbaycanın 2020-ci ildəki qələbəsi Dehlidə həyəcan yaradıb. Ölkə türk-müsəlman təsirindən qorxur. Ona görə də yenidən regional gücə çevrilə biləcəyinə ümid bəslədiyi Ermənistanla əməkdaşlığı intensivləşdirməyi zəruri sayır. Ümumən Hindistan yerli əhəmiyyətli münaqişələrdə qeyri-müsəlman tərəfin yanında olur. Ölkənin qorxduğu bir məsələ də var, bu da Azərbaycanın Qarabağdakı strateji məqsədlərinə çatdıqdan sonra Ankara–Bakı-İslamabad qrupunun səylərini Kəşmirə yönəltməsi. Bunlar fonunda Rusiya ilə münasibətlərin pozulması fonunda İrəvanın yaxınlıq göstərdiyi iki ölkə hələlik Fransa ilə Hindistandır. Ancaq Hindistan silahları nisbətən ucuz olması baxımından İrəvana daha yaxındır. Həm də Hindistandan alınan silahları İran vasitəsilə Ermənistana çatdırmaq daha asandır. Lakin bütün hallarda Ermənistan Hindistan əməkdaşlığı İrəvana heç bir üstünlük verməyəcək. Çünki hind silahları Ermənistanın vaxtilə Rusiyadan aldığı silahlardan da aşağı keyfiyyətlidir. Hələlik isə Ermənistanın ənənəvi strateji tərəfdaşı olan Rusiyanın Ukraynada bataqlığa düşdüyü və indi Qarabağ nizamlanmasında böyük rol oynamağa resurslarının və iradəsinin çatmadığı fikrindədir. Amma İrəvan bu dəfə də yanlış yoldadır.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031