"Rusiya iqtisadiyyatını çökdürmək mümkün deyil" - Makrondan etiraf...
Bəzi Avropa ölkələri və ABŞ-da Ukraynanın gələcəyi ilə bağlı şübhələr var. Bu etirafı Fransa Prezidenti Emmanuel Makron "France 5" telekanalında nümayiş etdirilən böyük televiziya müsahibəsində səsləndirib.
Fransa liderinin fikrincə, hələ ki, Avropanın "bəxti gətirib". ABŞ administrasiyasında Ukraynanı dəstəkləyən siyasətçilər var. Lakin gələcəkdə "ABŞ-da siyasi vəziyyətlə bağlı qeyri-müəyyənlik" yarana bilər.
Makron əlavə edib ki, "Avropanın sülh şəraitində yaşaması" məsələsi hazırda Ukraynada həll olunur. Eyni zamanda, Fransanın özü Rusiya Federasiyası ilə münaqişəyə girməyib. Lakin Paris Moskvanın böhrandan qalib çıxmasına imkan verə bilməz.
Prezident, həmçinin Avropa və ABŞ-ın əldə etdiyi "uğurları" da qeyd edib. O, neytral İsveç və Finlandiyanın NATO-ya daxil edilməsi prosesini bu uğurlara aid edib.
Bununla belə, uğursuzluqlar da var. Onların arasında Qərbin sanksiyalarının effektiv olmamasını göstərmək olar. Makron etiraf edib ki, Rusiya iqtisadiyyatını çökdürmək mümkün deyil.