Xocalı, Xankəndi və Əsgəranda AzQac-ın ofisləri açılacaq...
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin(AzQAC) ofislərinin fəaliyyət göstərəcəyi ərazilər açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə mövcud infrastruktur dəyərləndirildikdən sonra AzQAC-ın ofisləri Xocalı, Xankəndi, Əsgəranda fəaliyyət göstərəcək.
“Məsələnin dərin müzakirəsi yəqin ki, gələn il olacaq”,- deyə o bildirib.