"Son 20 ildə regionda ən sürətlə inkişaf etmiş ölkə Azərbaycan olub" - Türkiyə rəsmisi
"Son 20 ildə regionda ən sürətlə inkişaf etmiş ölkə Azərbaycan olub." Bu barədə Türkiyə Prezidentinin Maliyyə İdarəsinin rəisi Göksal Aşan Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu inkişaf ölkə ərazisinin 20 %-nin işğal altında olması şəraitindı qeydə alınıb.
"Torpaqların azad edilməsi ilə inkişafın səviyyəsini təsəvvür etmək çətin deyil", - deyə Türkiyə rəsmisi əlavə edib.
Mətləb