Husilər Qəzzaya qoşun göndərir – Yəmədə səfərbərlik elan edildi...
İsraillə HƏMAS arasında müharibə başlayandan sonra Qəzzada törədilən qırğınlara sərt reaksiya verən Yəməndəki husilər İsrailə müharibə elan ediblər. Husilər Yəməndən İsrailə çoxlu İHA və raketlər göndəriblər, daha sonra isə Qırmızı dənizdən İsrailə gedən bütün gəmiləri hədəf alacaqlarını açıqlayıblar. İndi isə husilər hazırda HƏMAS-a hərbi dəstək verməyə hazırlaşırlar.
Husilər Qəzzaya qoşun göndərmək üçün ümumi səfərbərlik elan etdiklərini açıqlayıblar. Yəməndəki Husi lideri Əbdülməlik Əl-Husi ərəb ölkələrinə səslənərək Qəzzaya getmək üçün onlara yol vermələrini istəyiblər: "Ərəb ölkələrinin Fələstin müqavimətinə bir tikə çörəklə də dəstək olmasını istəmirik. Əgər səmimiyyətinizi sınamaq istəyirsinizsə, ölkələrinizdən işğal olunmuş Fələstinə keçməyimizə icazə verin. Amerika ilə döyüşməkdən qorxmuruq. Keçmişdə amerikalılar və israillilərin etdiyi kimi, onların piyadaları ilə deyil, birbaşa özləri ilə döyüşmək istəyirik”.
TAHİR