Kreml Britaniyanı günahlandırdı - Ukraynanı danışıqlar masasından onlar qaldırdı...
Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ilə danışıqların aktual olmadığını deyib. Peskov Ukrayna prezidenti Zelenskinin "Rusiya ilə danışıqlar aktual deyil" sözlərini dəyərləndirərkən belə deyib.
Üstəlik Peskov Ukraynanın danışıqlar masasından qalxmasına görə Böyük Britaniyanı günahlandırıb: “Ukrayna mart ayında (2022) Britaniyanın təkidi ilə danışıqlar masasından çəkildiyindən danışıqlar üçün heç bir əsas yoxdur".
Peskov xatırladıb ki, Zelenski keçən il Rusiya prezidenti Putinlə müharibə ilə bağlı danışıqların mümkünsüz olduğunu bildirən fərman imzalayıb.
Ukraynanın "Sülh formulu" təşəbbüsünü dəyərləndirən Peskov, "Rusiyasız sülh formulunu tapmağa çalışırlar. Bu, heç bir nəticə potensialı olmayan absurd bir prosesdir" deyib.
TAHİR