Zelenskinin İsrailə dəstək bəyanatından sonra qalmaqallı görüntülər yayıldı - Ukrayna Qəzzaya əsgər göndərib…
Ukrayna prezidenti Zelenskinin Qəzzada bombardmanlarını davam etdirən İsrailə dəstək bəyanatından sonra qalmaqallı fakt ortaya çıxıb. Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın Qəzzaya əsgər göndərdiyi üzə çıxıb.
Quds News bununla bağlı görüntülər paylaşıb. Videolarda Ukrayna əsgərlərinin Fələstində bir məktəbə daxil olduğu görülür. İsrailə dəstək olan ukraynalı əsgərlər məktəbdə yazı lövhəsinə Ukrayna dilində “Mən Qəzzadayam” yazıblar. Əsgərlər həmçinin İsrail və Ukraynanın dövlət rəmzlərinin rəsmini çəkiblər. Lövhədə ərəbcə ifadələrin yazıldığı da müşahidə olunub.
Başqa bir videoda isə ukraynalı əsgərlərin Qəzzada münaqişə bölgələrində döyüşdüyü görünür.
TAHİR