KÖHNƏ VERSİYA            

Rusiya 1.5 milyonluq, Ukrayna 500 minlik ordu yaradır - savaşın son qanlı fazası...

Image

Qərbin Ukraynanı tədricən Rusiya ilə döyüş meydanında yalnız buraxması fonunda rəsmi Kiyev daxili resurslar hesabına müqaviməti davam etdirməyi planlaşdırır. Amma bu o fonda baş verir ki, Rusiya Ukraynada hücumların miqyasını genişləndirmək üçün daha böyük ehtiyat cəmləyir. 

Bu ölkənin müdafiə naziri Sergey Şoyqu qeyd edir ki, 2023-cü ilin yanvarından dekabrınadək Rusiya ordusu sıralarına 490 min müqaviləli hərbçi və könüllü qəbul edilib.

Nazir iddia edib ki, bunların arasında 4 mindən çox tələbə var və onlar könüllü olaraq təhsildən akademik məzuniyyət alıb ordu sıralarına qoşulublar. Şoyqunun sözlərinə görə, hərbi xidmət keçmək üçün hər gün 1500-dən çox vətəndaş müraciət edir. O bunu da bildirib ki, Rusiya ordusunda xarici könüllüllərin sayı bir ildə 7 dəfə artıb. Nazir deyib ki, məhz bunların sayəsində indi hər qoşun növünün öz ehtiyat alayı var. Şoyqu deyib ki, nazirlik dekabrın 1-dən prezident Vladimir Putinin ordu sıralarını 1 milyon 320 min nəfərə çatdırmaq tapşırığının yerinə yetirilməsinə başlayıb. Onun sözlərinə görə, Rusiya ona qarşı artan təhlükələrə uyğun olaraq hərbçilərinin sayını 1.5 milyon nəfərə çatdırmalıdır. Ukraynanın əks-hücumundan söz açan Şoyqu deyib ki, Ukrayna ordusu bu ilin iyunundan bəri ölü və yaralı olaraq 159 min hərbçi itirib. Nazir əlavə edib ki, tammiqyaslı müdaxilə başlanandan bəri Ukrayna silahlı qüvvələrinin ölü və yaralı daxil itkiləri 383 min nəfərə çatıb. Sergey Şoyqu Rusiya ordusunun itkilərindən danışmayıb. Bundan əvvəl isə Putin illik sual-cavab sessiyası zamanı demişdi ki, Rusiyada yeni səfərbərliyin elan edilməsinə ehtiyac yoxdur. O iddia etmişdi ki, hazırda “xüsusi hərbi əməliyyat” zonasında 617 min Rusiya hərbçisi var. Daha öncə “The New York Times” qəzeti yazırdı ki, Rusiya Ukrayna müharibəsi başlanandan bəri ölü və yaralı olaraq 315 min hərbçi itirib. Qəzetin yazdığına görə, məhz bu itkilər Moskvanı orduya məhkumları və başqa könüllüləri cəlb etməyə vadar edib.  “The Kyiv Independent” nəşri də bildirib ki, Rusiya təxminən iki il öncə Ukraynanın işğalına başladığı tarixdən indiyədək bu ölkədə 350 minə yaxın əsgər itirib. Qəzet Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən bildirir ki, hesabat dövrü ərzində Rusiya 5739 tank, 10692 zirehli döyüş maşını, 10766 avtomobil və yanacaq çəni, 8137 artilleriya sistemi, 923 reaktiv raket sistemi, 609 hava hücumundan müdafiə sistemi, 324 təyyarə, 324 helikopter, 6278 dron, 22 gəmi və qayıq, o cümlədən bir sualtı qayıq itirib.

Bunlar fonunda ilin yekunlarına dair mətbuat konfransı keçirən Ukrayna prezidenti Volodimir Zelenski isə etiraf edib  ki, Ukrayna ordusu hələlik səmaya nazərət edə bilmir, lakin bu istiqamətdə intensiv iş aparılır. Zelenski əlavə edib ki, Ukrayna ordusuna yay əks-hücumu zamanı məhz bu faktor uğur qazanmaqda mane olub. Ukrayna prezidenti iki saatdan çox davam edən mətbuat konfransında Ukrayna silahlı qüvvələri döyüşçülərinə təşəkkürünü bildirib, ukraynalıları ölkənin Avropa İttifaqı üzvlüyünə namizəd statusu alması münasibətilə təbrik edib. Zelenski deyib ki, Ukrayna Avropa partnyorları ilə “xüsusi bağlar” qura bilib: “Mən əminəm ki, biz bu müharibəyə qələbəmizlə son qoya bilərik”. Ukrayna prezidenti səfərbərliyin çox “həssas mövzu” olduğunu vurğulayıb. Zelenski deyib ki, hərbi komandanlığa orduya 450-500 min nəfərin səfərbər edilməsi planının hazırlanmasını tapşırıb: “Hazırda təkcə səfərbərlik deyil, həm də iki ildir döyüşənlərin ordudan tərxis olunması haqqında düşünmək lazımdır. Volodimir Zelenski son vaxtlarda uzun xarici səfərlərdə olub. O Kabo-Verdedə, Argentinada, ABŞ və Norveçdə olarkən Ukraynaya hərbi yardımın davam etdirilməsinə nail olmağa çalışıb. Amma nəticələr Ukrayna üçün əlverişli deyil. Artıq Pentaqon bildirib ki, ABŞ Ukraynaya göndərdiyi silah və sursatın yerini doldurmaq üçün yalnız dekabrın 30-dək vəsaitə malikdir. “Bloomberg” agentliyi vurğulayır ki, bu, Pentaqonun Ukrayna silahlı qüvvələrinə yardımın dayanması üçün dəqiq tarix göstərdiyi ilk haldır. Agentlik Pentaqonun baş mühasibi Mixael MakKordun Konqresin Nümayəndələr Palatası və Senatına göndərdiyti məktubuna istinadla yazır ki, Pentaqon Ukraynaya göndərilmiş silah, sursat və texnikanın yerinin doldurulması üçün satınalmalara başlayıb. Onun sözlərinə görə, bu proses üçün lazım olan maliyyə vəsaitləri dekabrın 30-dək bitəcək: “Elə ki, əlimizdəki vəsaitlər xərcləndi, nazirlik Ukraynanın müdafiəsi ehtiyaclarını ödəmək üçün vəsaitsiz qalacaq”. MakKord bildirib ki, bu məlumatların Konqresi yola gətirəcəyinə və prezident Co Baydenin Ukrayna üçün istədiyi 60 milyard dollarlıq vəsaitin təsdiqlənəcəyinə ümid edir. Ağ Ev dekabrın 18-də bildirmişdi ki, Birləşmiş Ştatların Ukraynaya bu il yardım üçün yalnız bir təsdiq olunmuş paketi var. Konqresdəki sərt xətt-hərəkət tərəfdarı respublikaçılar Ukraynaya hərbi yardımı nəzərdə tutan qanunu dəstəkləməkdən imtina edirlər.  Britaniyanın xarici işlər naziri Devid Kameron bu fonda Rusiya müdaxiləsinə qarşı mübarizəni bir neçə pərdədən ibarət tamaşaya bənzədib: “Birinci pərdədə Rusiya öz məqsədlərinə heyrətamiz şəkildə çata bilmədi. İkinci pərdədə isə uktraynalılar rusiyalıları parlaq bir şəkildə geri oturtdular və əlbəttə, ən çətini üçüncü pərdə oldu”. Britaniyanın keçmiş baş naziri olmuş Kameron nəhayət müqayisəsini belə bitirib: “Dördüncü pərdə hələ yazılmayıb və biz bunu düzgün bir şəkildə yazmağı bacarmalıyıq”.

Tahir TAĞIYEV







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Şəkər testlərinin apteklərdə yoxa çıxması rüşvət amili ilə bağlıdır?

Qərb Gürcüstanı sabitləşməyə qoymur - quru sərhədlərimizin bağlı qalması yenidən gündəmə gəlib...

Bələdiyyə sədrləri 2 üsulla seçiləcək - Praktikada nə gözlənilir...

SON XƏBƏRLƏR

04.12.2024 | 21:37
Gürcüstana bütün təzyiqlər bir “mərkəzdən” idarə olunur...

04.12.2024 | 21:22
Faşist Njdenin İrəvandakı heykəlinin götürülməsi məsələsi BMT-də qaldırıldı...

04.12.2024 | 21:08
İran Suriyaya qoşun yeridir - Əsədlərin ölkəsinin pay-puş edildiyi təsdiqlənir...

04.12.2024 | 20:55
Suriyadan böyük erməni köçü İrəvanı təşvişə salıb...

04.12.2024 | 20:41
Ermənistan boşalır - məsuliyyəti öz hakimiyyətləri daşıyır...

04.12.2024 | 20:27
Qafqaz yanacaq - Qərbin Gürcüstan və Ermənistan planları baş tutsa...

04.12.2024 | 20:14
Nazirliklərin İctimai Şuralarını inhisara almış QHT-nin xarici casusluqları açılır...

04.12.2024 | 20:00
Gürcüstan azərbaycanlılarını hakimiyyətə qarşı qaldıran xüsusi missionerlər işləyir...

04.12.2024 | 19:47
İrəvan yola gəlmir, Rusiya Ermənistanı AİB-dən qovmalı olacaq...

04.12.2024 | 19:34
Qaz təhlükəsizliyi qaydalarına səhlənkar münasibət hələ davam edir, fəsadlar da artır...

04.12.2024 | 19:20
"Erməni njdeizmi" BMT-də sarsıdıcı zərbə aldı...

04.12.2024 | 19:11
İmaməddin Xəlilov dünyanın ən yaxşı kişi parataekvondoçusu seçilib!

04.12.2024 | 19:11
Antalyanı Santa Klausun izi ilə kəşf edin

04.12.2024 | 18:59
“44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin növbəti təqdimatı keçirilib - FOTO

04.12.2024 | 18:44
Azərbaycanın COP29 uğuru növbəti COP uğuruna səbəb oldu - yeni sədrlik etimadı...

04.12.2024 | 18:35
" Bakı- xəbər" yuotube kanalına ABŞ ermənilərindən hədə zəngi: "Kanalınızı yenə bağlatdıq"...

04.12.2024 | 18:31
Erməni katolikosu Qaregin italyan şəhər merilə xarici işlər naziri kimi danışdı...

04.12.2024 | 18:17
Məktəbliləri siyasi aksiyalara cəlb etmək Qərbdən gələn texnologiyadır...

04.12.2024 | 18:04
Azad rayonlarda yaşıl enerji istehsalı “ekoloji inqilabın” mühüm mərhələsidir...

04.12.2024 | 17:50
Azərbaycanda ekoloji fəallar təqib olunur? - BBC-nin qərəzli yanlışı…

04.12.2024 | 17:37
Qərbi azərbaycanlılarla bağlı BMT-də tarixi müzakirə keçirildi...

04.12.2024 | 17:25
ABŞ-dan Əsədə ilginc təklif - İrandan uzaqlaş, sanksiyaları ləğv edək...

04.12.2024 | 17:18
Bakıda məktəbli yoldaşını yaralayan şagird saxlandı

04.12.2024 | 17:14
Konstitusiya Məhkəməsi hakimiyyətin və müxalifətin müraciətlərini rədd etdi - sonra nə olacaq?..

04.12.2024 | 17:03
Nazir Vilayət Eyvazov Balakəndə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO

04.12.2024 | 16:55
“Baydenin oğlu ilə bağlı qərarı amerikasayağı demokratiyanın növbəti təzahürüdür” - Vüqar Rəhimzadə

04.12.2024 | 16:50
Ukraynanın Əsədə qarşı Suriyaya əsgər göndərdiyi iddia edildi...

04.12.2024 | 16:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə nəfər həbs edildi

04.12.2024 | 16:30
Zəfər şəhidlərinə ehtiram...

04.12.2024 | 16:14
Şuşaya köçən daha 48 ailəyə evlərin açarları təqdim olundu

04.12.2024 | 16:06
"İrəvanın BCM-də iştirakı Rusiya ilə münasibətlərə zərər vurur" - Zaxarova

04.12.2024 | 15:50
Fransızların 63 faizi Makronun istefasını istəyir - hökumət getsə, o da getməlidir....

04.12.2024 | 15:27
Üç vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub - DİN

04.12.2024 | 15:00
Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng edib

04.12.2024 | 14:20
İran Suriyaya ordu göndərə bilər...

04.12.2024 | 13:52
Minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarına görə Azərbaycan birinci yerdədir...

04.12.2024 | 13:36
Dələduzluqda şübhəli bilinən 5 nəfər saxlandı

04.12.2024 | 13:20
Rüşvət alarkən yaxalanan bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır...

04.12.2024 | 13:07
Messi və komanda yoldaşları Bakıya gəlir...

04.12.2024 | 12:53
"Azərbaycan “Rio-Trio” təşəbbüsünün məqsədlərini konkret nəticələrə çevirməyə sadiqdir" – Muxtar Babayev

04.12.2024 | 12:40
Macar nazir Avropanın iç üzünü açdı - Gürcüstanda müxalifət qalib gəlsəydi...

04.12.2024 | 12:26
Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salındı

04.12.2024 | 12:20
Məktəbəqədər təhsildə "ailə modeli" yaradılacaq - nazirdən AÇIQLAMA

04.12.2024 | 12:10
Rusiya və Azərbaycan ekologiya sahəsində işçi qrupu yaradacaq - rusiyalı vitse-spiker

04.12.2024 | 12:00
Sumqayıtda piyada yol qəzasında ölüb

04.12.2024 | 11:35
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - FOTO

04.12.2024 | 11:30
Xətai rayonunda çayxana yanıb

04.12.2024 | 11:20
Bu gün Bakıda və bir neçə rayonda qaz olmayacaq

04.12.2024 | 11:12
"Azərbaycan Atabəyləri" tarixi bədii-sənədli filminin təqdimatı olub

04.12.2024 | 11:10
Bu Afrika ölkəsində ilk dəfə qadın Prezident seçildi

04.12.2024 | 11:05
Qətər Əmiri üçün Bukinqem sarayında ziyafət verilib

04.12.2024 | 10:30
Bu gün Qubada 5 saat işıq olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

04.12.2024 | 10:22
Makron ən azı etika xatirinə İlham Əliyevə müraciət etməli idi...

04.12.2024 | 10:20
47 dəfə elçilərə "yox" cavabı verən xalq artisti

04.12.2024 | 10:10
“Bu günü yaşamaq bəlkə də bir yuxudur" - Şuşa sakini

04.12.2024 | 10:05
"Bavariya" son çempiona uduzdu

04.12.2024 | 10:00
Britaniyada quş qripi ŞOKU - 5 milyon doza peyvənd alındı

04.12.2024 | 09:30
İllərdir küsülü idilər, artıq barışıblar...

04.12.2024 | 09:24
Muskul şişirdən dərmanların satışı qadağan olsa da, sosial şəbəkələrdə qızğın steroid alveri gedir...

04.12.2024 | 09:20
Paşinyanın xahişini rədd edən deputat partiyadan qovuldu!

04.12.2024 | 09:10
"İqlim dəyişikliyi ilə bağlı məsələlər inteqrasiya olunmuş qlobal həllər tələb edir"

04.12.2024 | 09:05
Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı - AÇIQLAMA

04.12.2024 | 09:00
Daha 48 ailə Şuşaya köçürüldü

04.12.2024 | 08:45
İki asteroid yer kürəsinə yaxınlaşır - NASA-dan XƏBƏRDARLIQ

04.12.2024 | 08:37
Yasamal sakinləri sökülən mənzillərin hər kvadratına 2500 manata razı olmurlar - Abdulla Şaiq küçəsində mübahisə...

03.12.2024 | 23:13
Qərb səfirlikləri Azərbaycanda kimlərə və niyə maşın bağışlayıb? - İctimai şuralarla bağlı dəhşətli faktlar ortaya çıxdı...

03.12.2024 | 21:24
Şəhid mayorun xatirəsinə həsr olunan "SƏS" tamaşasının premyerası keçirildi

03.12.2024 | 21:22
“Yalquzaq” səhnəyə çıxır

03.12.2024 | 21:19
Musiqili Teatrda “Əliqulu bu gün evlənir” komediyasının premyerası olacaq

03.12.2024 | 21:10
Şəkər testlərinin apteklərdə yoxa çıxması rüşvət amili ilə bağlıdır?

03.12.2024 | 20:54
Qərb Gürcüstanı sabitləşməyə qoymur - quru sərhədlərimizin bağlı qalması yenidən gündəmə gəlib...

03.12.2024 | 20:39
Suriya xalqına Əsədin gedişi, ya qalması faydalıdır? - Müzakirələr gedir...

03.12.2024 | 20:24
Türkiyə və Rusiya ordusu Suriyada bir-biri ilə toqquşa bilər?

03.12.2024 | 20:10
Makron Netanyahudan qorxdu - əvvəlcə dedi həbs olunacaq, sonra isə...

03.12.2024 | 19:56
Ermənistan Tiflisə yüzlərlə diversant göndərib...

03.12.2024 | 19:41
"Ukrayna və Gürcüstandan sonra Rusiyanın hədəfi bizik" - Ermənistanı yeni qorxu bürüyüb...

03.12.2024 | 19:27
Moskvadan Paşinyana tələb - Qərbin 2500 təşkilatını bağla...

03.12.2024 | 19:12
Britaniya kəşfiyyatından Trampa xəbərdarlıq

03.12.2024 | 18:58
Qərb Gürcüstanda yeni "rəngli inqilab" ssenarisini reallaşdıra bilmir...

03.12.2024 | 18:44
Mərkəzi Bankın valyuta ehtiyatları hələ tarixdə bu qədər azalmamışdı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031