KÖHNƏ VERSİYA            

Sabiq icra başçısının müavini Ağdərə barədə nələr danış(ma)dı?.. - MÜSAHİBƏ

Image

Mayıl Dostu: “Ağdərə rayonunun ləğv edilməsinin, ərazisinin üç yerə parçalanmasının “təşəbbüskarı”, bu ziyanlı işin baş tutmasında təkid edən Sərdar Həmidov oldu” 

Müsahibimiz Ağdərə rayonunun Sırxavənd kəndindən olan pedoqoji elmlər namizədi, Ağdərə rayon icra hakimiyyəti başçısının müavini işləmiş şair Mayıl Dostu ilə çox maraqlı söhbət etdik. 

“Antiterror tədbirlərindən sonra bütün ağdərəlilər adından Ali Baş Komandana müraciət etdim...”

Müsahibə əsnasında Ağdərənin rayon kimi ləğv edilməsinin “müəllif”inin də adını öyrənə bildik.  

- Ağdərənin qədim sakinləri, tayfaları haqda nə deyərdiniz? Səhv etmirəsə, bu ərazi igid kolanıların tarixən yaşadığı əsas məskənlərdən biridir. Siz də Kolanı tayfasındansınız?

- Bəli. Ağdərə Kolanı türk tayfasının kompakt şəkildə yaşadığı yeganə rayondur. Yəni kolanılar bir yerdə, kompakt şəkildə təkcə Ağdərə rayonunda yaşayıblar. Özü də çaylar boyunca. 

- Hansı çaylar?

- Xaçın, Qabartı və Tərtər  çayları boyunca yaşayıblar. Xaçın çayı Azərbaycanın ən böyük  çaylarından biridir. Qabartı çayı kiçik çaydır. 

Tərtər çayı boyunca yerləşən kəndlər Çərəkdar, İmarət-Qərvənd (Kərəmli də deyirlər) və Umudlu,  Xaçın çayı boyunca Narıclar, Yeni Qaralar, Sırxavənd, Bəşirlər, Qaraşlar, Baş Güney, Orta Güney, Xatınbəyli,  Malikli kəndləridir. Ağdərənin kəndlərindən danışıram. 

- Bəli, aydındı...

- Xaçın çayı gedib Kürə qarışır. Ağdərənin ərazisindən sonra Ağdamın ərazisi başlayır. Burada da Əliağalı, Almədədli, Kürdlər, Mollalar, Papırəvənd, Qalayçılar kimi kəndlərin hamısı Kolanı kəndləridir. 

- Necə olub ki, Kolanı kəndləri Ağdam ərazisinə düşüb?

- 1992-ci ilin oktyabrında çox haqsız olaraq Ağdərəni  üç yerə böldülər.  Bəylərin  hakimiyyəti dövrü idi (Əbülfəz Elçibəy hökumətini nəzərdə tutur-İ.S). Mən onda Ağdərə rayon icra başçısının müavini idim. Ağdərə rayonu ləğv ediləndə ciddi narahatlıq keçirdik. Etirazımızı bildirdik. Ağdərə parçalananda mən bununla bağlı bircə Əbülfəz Elçibəyin və   Heydər  Əliyevin yanında olmadım, qalan bütün məmurların, nazirlərin, səlahiyyət sahiblərinin qəbulunda oldum. Özü də bunu o zaman açıq şəkildə Tərtər rayon İcra başçısı işləyən Sərdar Həmidov etdi. Yəni Ağdərə rayonunun ləğv edilməsinin, ərazisinin üç yerə parçalanmasının “təşəbbüskarı”, bu ziyanlı işin baş tutmasında təkid edən Sərdar Həmidov oldu. Özü də Ağdərənin dörd çaxır-spirt zavodu vardı, bu zavodların hamısı Tərtərin ərazisinə düşdü. Nəcməddin Sadıxovla birgə o çaxır zavodlarını ələ keçirdilər. Biz o zaman başçı ilə nə qədər Tərtərə getdik, nə qədər mübarizə apardıq, etiraz etdik, amma nəticə olmadı. O zaman bizim səsimizi eşidən kim idi? Yəni Ağdərə   ona görə bölündü.

- Bu çox ciddi faktdır. Bəs Sərdar Həmidovun Ağdərə ərazisini bölməkdə məqsədi nə idi? Səhv etmirəmsə, Ağdərə rayonu ərazisinə görə keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayətinin” (DQMV) 60 faizini təşkil edib. Əhali sayına görə də həmçinin. Tərtərin sabiq icra başçısı iqtisadi cəhətdən də çox mühüm olan  rayonu niyə parçalayırdı? 

- Ağdərə rayonu keçmiş DQMV-nin ən azı üçdə biri idi. Yəni ərazisinə görə çox nəhəng rayon olub. Dərsliklərdə də var: meşə örtüyünə görə Ağdərə Respublikada birinci yeri tutur. Ərazisinə görə isə Ağdam, Əsgəran, Xankəndi, Laçın, Kəlbəcər, Goranboy, Göygöl, Tərtər  rayonları ilə həmsərhəddir. Bu qədər əraziyə malik ikinci bir rayon tapa bilməzsiniz. 

Sərdar Həmidov Ağdərə rayonun ləğv edilməsini ona görə istəyirdi ki,  Ağdərənin dörd çaxır zavodunu ələ keçirsin və spirtini Nəcməddin Sadıxovla birgə satsın. Mən Nəcməddin Sadıxovu tanıyıram, dəfələrlə qəbulunda olmuşam, həmişə demişəm, yenə də deyirəm ki, o adam bu xalqı sevmir. Təqaüdə çıxandan sonra başımı sosial şəbəkə ilə qatıram, orada fəalam, bütün görkəmli şairlər, yazıçılar, elm xadimləri dostluğumda var. Sosial şəbəkədə də dəfələrlə yazmışam ki,  Nəcməddin Sadıxov bizim xalqı istəməyən adamdır. 

- Rayonun ləğvindən sonra siz Sərdar Həmidovla qarşılaşdınızmı? 

- Mən üç-dörd dəfə yanına getdim. Çox zaman otaqda otumurdu.   İcra Hakimiyyətinin qabağında böyük çinar vardı (səhv etmirəmsə çinarın yaşı 800-dən çox idi-M.D)  çox zaman onun altında otururdu. Bir dəfə də gedəndə gördüm ki, ordadır. Yaxınlaşdım, mənə həmişə müəllim dediyi halda bu dəfə kobudluqla “ə, eşitmişəm rayon sevdasındasınız, başına camaatı yığıb rayon qaytarırsan” dedi. Dedim ki, əlbəttə, rayonu bərpa etmək istəyirik, Ağdərə rayonu nahaq yerə ləğv olundu, ərazisi parçalandı. O tərəfdən qayıtdı ki, sənin rayonun var? Mən sakit təbiətli adamam, hərdən əsəbiləşirəm...Dedim səsini burada mənə qaldırma, otağına qalx orada söhbət edək. Dedi ki, yox, söhbəti burada edək və əlini döşünə vurub “Ağdərəni mən almışam, Ağdərə mənimdir” söylədi. Ayrılanda bircə kəlmə dedim ki, vaxtına çox az qalıb. 

Mənə demişdilər ki, Sərdar  Heydər Əliyevin yanında olub və Əliyev onu qəbul edib, deyib ki, get necə işləmişdin eləcə də işlə. Sərdar elə başa düşüb ki, əvvəlki kimi dərəbəylikdir, bu nə istəyir edəcək. Sözsüz ki, Heydər Əliyevin bunun haqqında məlumatı olub və ağzını açan kimi də onun nə yuvanın quşu olduğunu bilib.  

- Bəs o vəzifədən nə zaman çıxarıldı?

- O söhbətdən təxminən iki həftə sonra Heydər Əliyev onu işdən çıxardı. Televozorda gördük ki, Heydər Əliyev Ağcabədidə icra başçılarının və ölkə fəallarının yığınağını keçirir. Heydər Əliyev çıxışında dedi ki, çoxlarının burnunda dərəbəylik, mənəm-mənəmlik iyi qalıb, elə bilirlər ki, yenə də o vaxtdır.  Elə həmin gün axşam da o vəzifəsini itirdi.

- İndi tamam başqa bir dövrdür, Ağdərə ərazisi də işğaldan azad edilib...

- Mən sentyabrda keçirilən antiterror tədbirlərindən sonra bütün ağdərəlilər adından Ali Baş Komandana müraciət etdim və ona minnətdarlığımızı bildirdim. Sonda yazdım ki, illər əvvəl belə haqsızlıq olub, Ağdərəni parçalayıblar, uzun illər mən də daxil olmaqla Ağdərənin ziyalıları mübarizə aparmışıq, bizi eşidən olmayıb.  Qeyd etdim ki, Ağdərənin Dovşanlı kəndi Kəlbəcərə verilib və o kəndlə Kəlbəcərin arası 120 kilometrdən çoxdur. Belə idarəçilik olar? Ağdərə rayonunun ləğvi çox ağılsız bir iş idi. Ağdərənin bərpası ağdərəlilərin ürəyindən oldu, çox sevindik.  Ən böyük arzularımdan biri Ağdərənin rayon kimi yenidən təşkil olunması idi. Şükür bu günə. Yəqin yaxın günlərdə Ağdərəyə icra başısı da təyin olunar. 

- Siz özünüz sonuncu dəfə Ağdərədə, Sırxavənddə nə vaxt olmusunuz? 

- Sırxavəndi 1992-ci il mart ayının 12-də ermənilər işğal edib. Mən də camaatla birgə çıxmışam. Gecə ilə ermənilər, daha doğrusu ruslar, 366 alay  8 kəndi mühasirəyə almışdılar. Gecə də bizə Ağdamdan kömək gəlib, atışmanın səsini eşidirdik, Əsgərandan Ağdamı atəşə  tutdular ki, Ağdərəyə kömək getməsin. Artıq bizdən Ağdama gedən yolu vururdular. Batalyon komandirini götürüb qarlı, palçıqlı gündə meşə yolu ilə Ağdama getdik. Getdik ki, nə, Ağdamı qradla dağıdıblar, Ağdamda bir adam görmədik.  O vaxt bircə Milli Təhlükəsizlik İdarəsinin rəisini yerində tapdım, onu tanıyırdım, vəziyyəti danışdım. Götürüb Bakıya zəng edib dedi ki, Sırxavənd çox ağır vəziyyətdədir, mühasirəyə alıblar, Sırxanənd getsə Ağdam gedir. Belə də dedi. Gördüm ordan nə dedilərsə əsəbiləşdi, dəstəyi telefonun üstünə vurdu, dedi görürsən, bir adam tapılmır, bir adam yoxdur. Yenə get Qatır Məmmədin, yəni Ala Yaqubun yanına. Getdim, o da Qara qaya deyilən yerdə erməniyə qarşı döyüşürdü. O da mənə bircə dənə BTR verdi və BTR-lə getdik, Ağdamın axırıncı kəndi Əlağalıdır, ondan 7 kilomert sonra bizim kənddir. Yaxınlaşanda gördüm ki, camaatımız  bizə tərəfə gəlir. Camaat elə pərişan idi ki. Ağlayan kim, çığıran kim, qoyun-keçisini qabağına qatıb gətirən kim. Bütün azərbaycanlı kəndləri bir gündə çıxdı. Bir sözlə, yaşananlar müsibət idi. Müsibətimiz o gündən başladı. Bizə Qərvənddə yer verdilər, icra hakimiyyəti orada yerləşdi. Sonra Ağdərəni işğaldan azad edib yenidən ora qayıtdıq. Əbdürrəhim bəy Haqverdiyevin nəvəsi Fəxrəddin Haqverdiyev icra başçısı təyin edildi. Fəxrəddin müəllim Heydər Əliyev dövründə Tərtərin İcraiyyə Komitəsinin sədri olmuşdu, çox gözəl insan idi. Eyni yaşda idik. O da məni özünə müavin götürdü və vəzifəm Prezident Aparatında təsdiq olundu. Xeyli işlədik, sonra da, bildiyiniz kimi, Sərdar Həmidovun təkidi ilə Ağdərəni ləğv etdilər.    

- Ondan əvvəl harada işləyirdiniz? 

-  O vaxt Nazirlər Soveti rayon statusuna bərabər Sırxavənd ərazi icrayyə komitəsi və partiya komitəsi yaratmışdı. Yəni o komitə Azərbaycan kəndlərini idarə edirdi. Mən orada icrayyə komitəsinin sədr müavini seçilmişdim. Mən seçiləndə Qorboçovun dövrü idi. 

- Ağdərənin azadlığını necə qarşıladınız?

- Həm kövrəldim, həm həyacanlanıb ağladım, həm sevindim, qürurum sinəmə sığmadı. 

Bütün dostlarım, məni tanıyanlar gözaydınlığı verdi. Həyatımı yaşamışam, qismət olsa, 4 aydan sonra 75 yaşım olacaq. Ən böyük diləyim ayağımın o torpağa dəyməsidir. Oranın qara daşı da gözəldir. Həmişə yazmışam da, demişəm də Ağdərə və Kəlbəcər kimi yer yoxdur. O rayonları İsveçrəyə bənzədirəm. İnanın ki, çox gözəldirlər. 

- Sırxavənddə şəhidləriniz çoxmu oldu?

- 20 şəhidimiz var. Özü də elə oğlanlar ki, hərəsi bir ordunun başçısı. Sırxəvənd alınana qədər şəhidlərimiz oldu, onlardan üçü 1994-cü ildə atəşkəsdən əvvəl şəhid oldu, polis idilər. 17 nəfər isə kənddə şəhid olmuşdu. Bu gün şəhidlərin ruhu şaddır, Ağdərə rayonu yenidən bərpa olunur, bayrağımız orada dalğalanır. Bundan böyük xoşbəxtlik yoxdur.

İradə SARIYEVA







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Bir neçə nazirlik və xidmət yanlarındakı İctimai şuraları buraxacaq...

Avropa və Amerikanın pulu, kəşfiyyat məlumatları - OCCRP Azərbaycana təzyiq vasitəsidir...

OCCRP Azərbaycanı hədəfə alır, ancaq ABŞ varlılarının ofşor zonalarda əməllərini “görmür”...

SON XƏBƏRLƏR

06.12.2024 | 14:46
Sen Martinə həsr olunmuş “Bir adanın səsi” adlı debat təşkil edildi

06.12.2024 | 14:26
"Ermənistan beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialardan əl çəkməlidir" - XİN rəsmisi

06.12.2024 | 14:15
Şəkidə mağazadan oğurluq edən şəxslər tutuldu

06.12.2024 | 14:03
Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri Bakıda müzakirə olundu

06.12.2024 | 13:48
Bakıdan Sen Martin xalqının birliyinə və müstəqilliyinə çağırış edildi

06.12.2024 | 13:10
"Fransa və Niderlandın müstəmləkəçiliyindən xilas olmaq xalqlarımızın ən müstəsna hüququdur" - Franklin Meyers

06.12.2024 | 12:30
Bakıda vergidən yayınan MTK-ların böyük siyahısı ortaya çıxdı - söhbət milyonlarla manatdan gedir...

06.12.2024 | 12:00
Azərbaycanlıların qayıdış hüququna həsr olunmuş beynəlxalq konfransın yekun sənədi qəbul edilib

06.12.2024 | 11:30
Robert Levandovski daha 2 il "Barselona"da

06.12.2024 | 11:15
Onlarla Azərbaycandakı qohumları arasında əlaqə yaradıldı - BQXK açıqlama yayıb

06.12.2024 | 11:10
Hacıqabulda "Mercedes" aşıb, 1 nəfər ölüb

06.12.2024 | 11:07
Prezident İlham Əliyev Finlandiya Prezidentinə təbrik məktubu göndərdi

06.12.2024 | 11:05
Trampın seçilməsi üçün 260 milyon dollar xərcləyib - İlon Maskla bağlı şok hesabat

06.12.2024 | 11:00
Bakıda Fransa və Niderland neokolonializmi haqqında beynəlxalq konfrans işə başlayıb

06.12.2024 | 10:20
Bu ölkədə Baş Prokurorluq Prezidentin fəaliyyətindən şübhəyə düşüb...

06.12.2024 | 10:15
Neftimiz yenə ucuzlaşıb - dünya bazarında son durum

06.12.2024 | 10:10
Bir gündə 38 cinayətin üstü açılıb - DİN açıqlama yaydı

06.12.2024 | 10:10
Bakıda motosiklet yolu keçən qızı vurub

06.12.2024 | 10:05
Bələdiyyə seçkiləri ilə əlaqədar bu yerlərdə seçki məntəqələri yaradılır

06.12.2024 | 10:00
Bu gün Yasamalın bəzi ərazilərində qaz olmayacaq

06.12.2024 | 10:00
Culfanın bəzi kəndləri bu gün işıqsız qalacaq

06.12.2024 | 09:30
Azərbaycan və Qazaxıstanın XİN başçıları Maltada görüşüb

06.12.2024 | 09:25
Tələbə sayına görə niyə qonşulardan geridəyik?..

06.12.2024 | 09:20
Makron küncə sıxılır - 50 faizdən çox fransız onun istefasını tələb edir

06.12.2024 | 09:10
"Mən sizin üçün çox darıxıram" - Messi "Barselona" azarkeşlərinə səsləndi

06.12.2024 | 09:06
Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

06.12.2024 | 09:00
Qubada 102 min manatlıq dələduzluq edənlər yaxalanıb

06.12.2024 | 08:38
Bankçılıqdan "açıq bankçılığa" keçid vətəndaşlara nə verəcək...

05.12.2024 | 23:56
Lavrovdan Paşinyanın KTMT bəyanatına reaksiya - o, bu mövzuda çox danışıb...

05.12.2024 | 23:23
Ceyhun Bayramov ATƏT-in iclasında Minsk qrupunun ləğvi məsələsini qaldırdı...

05.12.2024 | 22:37
"Həyat üçün şans" reabilitasiya mərkəzinin təssisçisi həbs edildi...

05.12.2024 | 22:15
Azərbaycan Türk fəlsəfə tarixinin 3-cü cildi işıq üzü görüb

05.12.2024 | 21:48
Ceyhun Bayramov gürcü nazirlə regional təhlükəsizlik məsələlərini müzakirə etdi...

05.12.2024 | 21:32
"Avropada etnik, dini dözümsüzlüyün və ayrı-seçkiliyin artması narahatlıq doğurur" - Ceyhun Bayramov

05.12.2024 | 20:56
Bir neçə nazirlik və xidmət yanlarındakı İctimai şuraları buraxacaq...

05.12.2024 | 20:39
Dolların taxtı silkələnir, Tramp alternativ pul yaradanları kəskin hədələdi - "kəsərəm"

05.12.2024 | 20:25
OCCRP COP29-a qarşı mübarizəni Amerika kəşfiyyatının materialları əsasında apardı...

05.12.2024 | 20:11
Ermənistan Bakının son sülh layihə təklifinə hələ cavab verməyib - Simonyan COP-u bəhanə etdi...

05.12.2024 | 19:56
ABŞ və Avropa OCCRP-dən ölkələrə təzyiq aləti kimi istifadə etməyə can atır - amma öz mövqeyini sarsıdır...

05.12.2024 | 19:41
İctimai Şuraların tərkibinə QHT sektorunda etirazlar böyüyür...

05.12.2024 | 19:27
Makron Fransanın siyasi və maliyyə sistemini çökdürdü - ölkə hökumətsiz qaldı...

05.12.2024 | 19:14
İqlim dəyişikliyi gender uçurumu yaradır, dünyaya təhdid - Azərbaycan reallıqları...

05.12.2024 | 19:00
Xatirə Kitabı Redaksiyasının şəhid ailələrinə misilsiz hədiyyəsi... - FOTO

05.12.2024 | 18:45
"Azərbaycan 21-22-ci ildə bizim torpaqlarımızı işğal etdi" - Bu fikri deyən sülh istəyir?

05.12.2024 | 18:31
OCCRP adlı qondarma beynəlxalq qurum bəzi Azərbaycan "jurnalistləri" ilə cinayətkar əlaqələr qurub...

05.12.2024 | 18:25
"Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi davamlı sülh üçün zəruridir" - Əhliman Əmiraslanov

05.12.2024 | 18:17
Paşinyan Putinə kəskin tonda cavab verdi - “Belə sənədlər yoxdur”

05.12.2024 | 18:03
OCCRP-ni Azərbaycanın daxili işlərinə məşhur ermənipərəst ABŞ məmuru yönəldir...

05.12.2024 | 17:50
"İraqın və Suriyanın şimalında yeni türk dövləti" - informasiyanı yayanların hədəfi…

05.12.2024 | 17:37
Avropa və Amerikanın pulu, kəşfiyyat məlumatları - OCCRP Azərbaycana təzyiq vasitəsidir...

05.12.2024 | 17:33
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçıları Prezidentə müraciət ünvanlayıblar

05.12.2024 | 17:24
Paşinyan bu dövlətin başçısını İrəvanda görmək istəmir...

05.12.2024 | 17:11
OCCRP Azərbaycanı hədəfə alır, ancaq ABŞ varlılarının ofşor zonalarda əməllərini “görmür”...

05.12.2024 | 17:06
Mərkəzi Bankın sədrinə müavinlər təyin edildi

05.12.2024 | 17:01
Prezident Mərkəzi Bankın sədrinə birinci müavin təyin etdi

05.12.2024 | 16:42
“Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır” - Vüqar Rəhimzadə

05.12.2024 | 16:36
"Qərbi azərbaycanlıların problemlərini dünyaya çatdırmalıyıq" - Şamil Ayrım

05.12.2024 | 16:20
"Azərbaycanla danışıqların pozulmasına erməni tərəfinin dövlət sirlərini sızdırması səbəb olub" – Simonyan

05.12.2024 | 16:07
Nəbatat Bağına giriş qiyməti açıqlandı - 6 yaşa qədər pulsuz, böyüklər üçün isə...

05.12.2024 | 15:56
Putindən Trampın dollar təhdidlərinə cavab - dünya artıq dəyişib...

05.12.2024 | 15:14
Zelenski Gürcüstan hakimiyyətinə sanksiya tətbiq etdi...

05.12.2024 | 14:49
"Avropalılar bizi “Maydan”la hədələyirdi, ancaq bu ideya iflasa uğradı, Gürcüstanda “Maydan” olmayacaq" - İrakli Kobaxidze

05.12.2024 | 14:28
Makron İsraili tənqid edir, İrəvandakı səfiri isə İranın lehinə paylaşımlar edir - Fransanın Qərb ölkələrinə xəyanəti...

05.12.2024 | 14:21
Suyu süzülən BAKI...

05.12.2024 | 14:18
Yunus Oğuzdan Qarabağ Universitetinə dəyərli hədiyyə- ÖZƏL

05.12.2024 | 14:05
Naxçıvan Sənaye Parkı yaradılır - FƏRMAN

05.12.2024 | 14:03
Rabitə və informasiya texnologiyaları sahəsi işçiləri “Tərəqqi” medalı ilə təltif edildi

05.12.2024 | 14:02
Prezident Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanladı

05.12.2024 | 13:25
Bakıda Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmasının hüquqi əsasları mövzusunda panel sessiyası keçirildi

05.12.2024 | 13:11
ABŞ-nin Qazaxıstandakı səfiri istefa verdi

05.12.2024 | 12:30
"Ermənistan Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir" - Əziz Ələkbərov

05.12.2024 | 12:00
Türkiyənin 30 vilayətində PKK-ya qarşı əməliyyat keçirilib

05.12.2024 | 11:53
“Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransın açılışı olub

05.12.2024 | 11:47
Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim edildi

05.12.2024 | 11:30
"Real" biabırçı antirekordunu yenə təkrarladı...

05.12.2024 | 11:10
Bu ölkədə böhran bitmir - Prezident müdafiə nazirinin istefasını qəbul edib

05.12.2024 | 11:05
Bu, torpaq deyil, insan haqları məsələsidir - Mövlud Çavuşoğlu

05.12.2024 | 11:02
Prezident İlham Əliyev Tailand Kralına məktub göndərib

05.12.2024 | 11:00
"Hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir" - İlham Əliyev

05.12.2024 | 10:47
Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031