Məzahir Pənahov seçicilərə müraciət etdi...
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçicilərə müraciət edib. Trend-in məlumatına görə, MSK sədri jurnalistlərə açıqlamasında bütün Azərbaycan vətəndaşlarını seçkidə aktiv iştirak etməyə çağırıb.
O qeyd edib ki, hər bir seçki hüququ olan Azərbaycan vətəndaşı harada yaşamasından asılı olmayaraq, seçkilərdə iştirak etməlidir.
“Bizim üçün hərbçidir və cəzaçəkmə müəssisəsində olan məhbusun heç bir fərqi yoxdur. Bizim üçün sadəcə seçici var. Hüququ olan seçici öz hüququnu həyata keçirməlidir”, - deyə o əlavə edib.