"Müəyyən qərəzli beynəlxalq qurumlar var ki, seçkilərdən sui istifadə edirlər" - MSK sədri
Müəyyən qərəzli beynəlxalq qurumlar var ki, seçkiləri müəyyən siyasi maraqları təmin etmək üçün tədbir kimi görürlər və bundan sui istifadə edirlər.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O qeyd edib ki, biz öz işimizi elə etməliyik ki, onlar bizim üçün bəhanə tapmaqda çətinlik çəksinlər.
“Heç kimi arxayınlaşmağa haqqı yoxdur. Onsuzda o beynəlxalq qurumlar qərəzli yanaşacaqlar”, - deyə o əlav edib.