KÖHNƏ VERSİYA            

"Siz mənim ən çox öyrəndiyim MÜƏLLİMİMSİNİZ!" - 82 yaşlı müəllim Azərbaycan Prezidentinə yazır...

Image

Mən Sizə 44 günlük Vətən müharibəsilə əzmini, inamını, milli qürurunu özünə qaytardığınız Böyük Azərbaycanın adi bir vətəndaşı kimi müraciət edirəm. Mən Sizə Ulu öndərimiz Heydər Əliyevin məzunu olması ilə fəxr etdiyi 25 min nəfərlik Bakı Dövlət Universitetinin adi bir müəllimi kimi müraciət edirəm...

Çox hörmətli və əziz Prezident! Mən Sizə 30 illik erməni işğalından azad etdiyiniz bir kəndin - Ağdamın Novruzlu kəndinin bir sakini kimi müraciət edirəm. Mən Sizə 30 il yollarına həsrət qaldığımız və bu gün Sizin sayənizdə yenidən qurulmaqda olan Ağdamın uca minarəsindən müraciət edirəm. Mən Sizə uşaqlıq illərimi çılğın pioner düşərgələrində, tələbəlik illərimin yay günlərini Sizin tonqal yandırdığınız Cıdır düzündə keçirdiyim o xoşbəxt çağlarımın gəncliyindən müraciət edirəm. Mən Sizə Müzəffər Ordumuzla birlikdə düşməndən azad etdiyiniz müqəddəs Qarabağdan müraciət edirəm. Mən Sizə 44 günlük Vətən müharibəsilə əzmini, inamını, milli qürurunu özünə qaytardığınız Böyük Azərbaycanın adi bir vətəndaşı kimi müraciət edirəm. Mən Sizə Ulu öndərimiz Heydər Əliyevin məzunu olması ilə fəxr etdiyi 25 min nəfərlik Bakı Dövlət Universitetinin adi bir müəllimi kimi müraciət edirəm. Mən Sizə Ulu öndərimizin xalqımızın tarixinə əbədi bir sevgi rəmzi kimi yazılmış “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” nidasından fərəh hissi keçirən bir azərbaycanlı kimi müraciət edirəm. Mən Sizə 5 övladı, 12 nəvəsi, 2 nəticəsi olan bir ailənin başçısı kimi müraciət edirəm. Və nəhayət, mən Sizə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmiş, Zəfərimizin reallaşmasında xüsusi xidmətləri olan, Azərbaycanın haqq səsini dünyaya çatdıran, bu gün bir informasiya ordusu olaraq sizin yanınızda dayanmış jurnalistlər ordusunun sıradan bir müəllimi kimi müraciət edirəm.

Cənab Prezident! Mən adi bir insan, sadə bir vətəndaş kimi hər gün camaat içərisindəyəm: metro qatarında, avtobusda, Bakının küçələrində, öz avtomobilimlə tez-tez səfərlərə - doğmalarımı, tələbə məzunlarımızı görməyə üz tutduğum Qarabağ, Quba, Tovuz, Lənkəran... yollarında rast gəldiyim hər kəs sizin haqqınızda qürur hissi ilə danışır. Sizin 44 günlük Vətən müharibəsi günlərində Qarabağın işğaldan azad edilməkdə olan hər nöqtəsi ilə bağlı telekanallarla xalqa fərəh və qürur dolu xəbərləriniz, xarici jurnalistlərə verdiyiniz saysız-hesabsız müsahibələriniz ziyalı zümrəmiz bir yana, sadə camaatın gündən bu günə dəyişilməz mövzusu - söhbət dünyasıdır. Bu sadə insanlar Sizin Vətən müharibəsindən əvvəl Qarabağ söhbətlərinizi qürurla xatırlayırlar. Bir zaman Ağcabədidə qaçqın və köçkünlər üçün inşa edilmiş evlərin açarlarını onlara təqdim edəndə dediyiniz kövrək fikirləri heç kim unuda bilmir. Həmin gün Sizin doğum gününüz idi. Siz o qaçqın və köçkünlərin qarşısında, əlinizdə onlara verdiyiniz mənzillərin açarları yuxarı qaldıraraq dediniz: “Bu gün mənim ad günümdür. Amma mən ad günümü öz evimdə deyil, sizinlə bir yerdə keçirməyi üstün tutdum”. Mən özüm də, cənab Prezident, o kövrək səhnəni televiziya efirində izləyirdim. Sizin o sözlərinizin yurduna, yuvasına həsrət qalan o qaçqın və köçkünlərə necə təsir etdiyinin hər kəs şahidi oldu.

Cənab Prezident! Qələbəmizdən sonra Sizin hər həftə, bəzən hər gün azad olunmuş torpaqlarımıza səfərlərinizin hər biri haçansa dastanlara çevriləcək. O yerlərdə qaldırdığınız bayraqlarımız, şəhid ata-anaları qarşısında keçirdiyiniz kövrək hisslər və bu hisslərdən sonra düşmənə mesajlarınız xalqımızın Sizə inamını birə beş artırdı. Sizin Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə bu müqəddəs elm və təhsil ocağına gəlməyiniz, universitetin kürsüsündəki çıxışınız da xalqımızın yaddaşına yazıldı. Siz o tribunadan bizə - müəllimlərə çağırış etdiniz; Gənc nəslə təkcə elm, bilik vermək bəs deyil, onları bir vətəndaş kimi, Vətənə bağlı nəsil kimi yetişdirmək lazımdır! Sizin bu çağırışınızdan cəmi iki il keçdi və 44 günlük Vətən müharibəsində güvəndiyiniz Azərbaycan gəncliyinin qəhrəmanlığı hər nitqinizin əzbəri oldu. Sizin dövrünüzdə - 30 ildə yetişmiş bu gənclik Şuşanın qarlı qayalarını aşıb o müqəddəs torpaqdan düşməni “iti qovan kimi” qovdu.

Cənab Prezident! Müharibə bitdi, həm 44 gündəki qələbəmizlə, həm də 23 saatlıq antiterror tədbiri ilə. Bu qələbənin başında Ali Baş Komandan, məğlubedilməz ordumuz və dövlət-xalq birliyi dayandı. Amma tanıdığım, münasibətdə olduğum səmimi camaatın belə bir fikri var: Hər şey İlham Əliyevin diplomatik bacarığına bağlı oldu. İndi sadə xalqdan tutmuş səviyyəli politoloqlara qədər hər kəsin dilə gətirdiyi bu fikri - Sizin həm Vətən müharibəsindən, həm də o vaxtdan bu günə gələn fəaliyyətinizdə öz təsdiqini tapmış və tapmaqdadır. Qardaşınız Rəcəb Tayyib Ərdoğana münasibətiniz, Türk Dövlətləri Təşkilatının rəhbərləri ilə səmimi dostluğunuz, Avropa dövlət başçıları ilə görüşləriniz Sizin nə qədər yüksək səviyyəli bir dövlət Lideri olduğunuzu sübut etməkdədir. 44 günlük Vətən müharibəsindən dərhal sonra Rusiyanın  “Nasionalnaya oborona” jurnalının baş redaktoru, dünyaca məşhur jurnalist İqor Korotçenkonun Sizdən müsahibə alarkən sonda dediyi bu cümlə hər kəsin yaxşı yadındadır. İ.Korotçenko sonda Sizə müraciətlə dedi: “Cənab Prezident, Siz dünya Liderləri içərisində ulduz kimi parladınız!” Sizin haqqınızda buna bənzər fikirləri biz dünya şöhrətli qazax şairi və yazıçısı Oljas Süleymenovun, İTAR-TASS kimi beynəlxalq səviyyəli bir təşkilatın Baş direktorunun 1-ci müavini Y.Qusmanın, Türkiyə Prezidenti Rəcəb Tayylb Ərdoğanın, Özbəkistan Prezidenti Şavkat Mirzoyevin və bir çox başqalarının dilindən eşitmişik. 2008-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Türkdilli Xalqların Qurultayında R.T.Ərdoğanın tribunadan ehtiraslı açılış nitqi anında Siz qurultay salonuna daxil oldunuz və bu anda Ərdoğan nitqinə ara verib “Sayın Başkanım!” nidası ilə Sizi qarşıladı. Onda mən də o salondaydım və Ərdoğanın Sizin gəlişinizə necə sevindiyinin canlı şahidi oldum. Serbiya Respublikasının Lideri Vuçiçin Avropadakı böyük bir tədbirdə çıxışı zamanı üzünü Sizə tutub Avropanın Sizə ayrıca sevgisini dilə gətirməsi də ürəyimizi qürur hissi ilə doldurdu və s.

Cənab Prezident! Sizin diplomatik görüşlərdəki nitqinizə heyran qalmamaq mümkün deyil. Sizin doğma dilə sevginiz, heç bir kağıza baxmadan göstərdiyiniz şifahi nitq üslubunuz şəxsən mənə bir dərs təsiri bağışlayır. Əlbəttə, deyə bilərik ki, bir azərbaycanlı adamın öz dilinə belə münasibətində nə təəccüb var? Amma axı, biz hamımız onu da bilirik ki, Siz bütün təhsilinizi - orta məktəbdən tutmuş Moskva Dövlət Beynəlxalq Münasibətlər Akademiyasına qədər hamısını rus dilində bitirmisiniz. Bəli, bütün təhsilini başqa dildə alıb öz dilində yaxşı danışıb yazanlar çoxdur. Amma bütün səmimiyyətimlə deyirəm ki, belə məzunlar içərisində mənim Prezidentim qədər səviyyəli bir kəsə rast gəlməmişəm. Siz, cənab Prezident, eyni aydın üsluba və nitqə, xarici dillərdəki çıxışlarınızda da sahibsiniz. Sizin xarici jurnalistlərlə apardığınız brifinqlərdə hər kəsin sualına onun öz dilində səlis cavabınız həmin jurnalistlərin reportajlarında, bir qayda olaraq, ayrıca yer alır.

Cənab Prezident! Bizim Bakı Dövlət Universitetində struktur otaqlarının hər birində Ulu Öndərin və Sizin özünüz qədər yaraşıqlı və qürurlu portretiniz asılıb. Mən hər dəfə iş otağımdakı divarda Sizin portretinizə baxanda Qələbədən sonrakı çıxışlarınızın birində dediyiniz bir fikrinizi xatırlayıram. Siz o zaman dediniz ki, “işğaldan ötən uzun illərin sonlarında artıq köçkünlərimizin doğma yurdlarına qayıtmaq ümidləri sönməyə başlamışdı. Biz bu ümidi yenidən onlara qaytardıq və 44 gün ərzində torpaqlarımızı düşməndən azad etdik”. Cənab Prezident! Siz təkcə qaçqın və köçkünlərimizi deyil, bütöv bir xalqın, milyonların ümid çırağı oldunuz. Bu ümid çırağının gur şöləsi  Zəfər yolunu işıqlandırdı və bu işıq əbədi bir məşəl kimi bu gün daha əzəmətlə yolumuza işıq saçmaqdadır.  Və bir də, cənab Prezident, yəqin hamı bilir ki, hər bir müəllim şagirdindən, tələbəsindən yaşca mütləq böyük olur. Mən Sizin çoxistiqamətli fəaliyyətinizdən, diplomatik görüşlərinizdən, Vətənə, xalqa sonsuz sevginizdən, Zəfər yolundakı  qəhrəmanlığınızdan, şəhid sözü qarşısında keçirdiyiniz kövrək duyğularınızdan, gənc nəslə qayğılarınızdan, yaşlı nəslə intəhasız hörmətinizdən, çoxsaylı dil öyrənmək bacarığınızdan, səlis və aydın nitq qabiliyyətinizdən, ən çətin suallar qarşısındakı hazırcavablığınızdan dərs almaqdayam. Bu hesabla Siz mənim ən çox öyrəndiyim MÜƏLLİMİMSİNİZ!  Tələbəsindən nə az, nə çox - düz 20 yaş cavan bir MÜƏLLİMİM! Mən 2024-cü il fevralın 7-də Respubilkamızın Prezidentliyinə namizəd  MÜƏLLİMİMƏ 82 yaşlı bir tələbəsi kimi ürəyimin bütün hərarəti ilə səs verəcəyəm!

Cahangir MƏMMƏDLİ

Professor, BDU-nun Jurnalistika fakültəsinin  Milli Mətbuat tarixi kafedrasının müdiri








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031