"Media savadlılığı ilə bağlı Azərbaycanda müntəzəm təlimlər keçirilir"
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən "Media savadlılığı" konfransında çıxışı zamanı bəyan edib ki, Vətən müharibəsibdə qazanılan qələbə medianın fəaliyyətinə də təsir edib. O bildirib ki, müşahidə və informasiya bolluğu müəyyən çətinliklərə də səbəb olur: "Bu isə öz növbəsində media savadlılığının əhəmiyyətini artırır".
Ə.İsmayılov qeyd edib ki, media savadlılığı ilə bağlı Azərbaycanda müntəzəm təlimlər keçirilir: "Bu, həm də bölgələrdə təşkil olunur. Eyni zamanda, xarici ekspertlər müntəzəm olaraq ölkəmizə dəvət olunur".
Mətləb