Futzal millimiz DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq. A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşacaq. Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutacaq görüşü Litvadan olan hakimlər briqadası idarə edəcək.
Son tur ərəfəsində Azərbaycan yığması 4 xalla sonuncu pillədə qərarlaşıb, Niderlandın isə hesabında 6 xal var. Millimiz qələbə qazanacağı təqdirdə, qrupu ikinci pillədə tamamlaya bilər. Komandanın pley-off mərhələsinə vəsiqə qazanıb-qazanmayacağı isə digər qruplardakı nəticələrdən də asılı olacaq. Qrupun digər matçında Rumıniya ilə Qazaxıstan birincilərin meydançasında üz-üzə gələcəklər.
Mətləb