KÖHNƏ VERSİYA            

Cənubi Azərbaycanda iqlim dəyişmələri fəlakətə yol açır...

Image

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi dünya birliyi tərəfindən ölkəmizə göstərilən yüksək etimadın növbəti təzahürü hesab olunur.

Təxminən 70-80 min xarici qonağın iştirak edəcəyi bu möhtəşəm tədbir həm də imkan verəcək ki, dünya ictimaiyyətinin diqqəti iki həftə ərzində ölkəmizə və ölkəmiz vasitəsilə Cənubi Qafqaza fokuslansın. Eyni zamanda bu tədbir iqlim dəyişmələrinin yaratdığı təhlükyə bir daha dünyanın diqqətini cəmləyəcək.

İqlim dəyişmələri artıq bütün ökələrə öz neqativ təsirlərini göstərir. Cənubi Azərbaycanda da bu sahədə ağır durum yaranıb. Ekspertlərin fikrincə, rekord həddə çatan temperatur, sürəkli quraqlıq, çay və göllərin quruması üzündən hər il on minlərlə soydaşımız burada yerini-yurdunu tərk etməli olur. İran rəsmiləri get-gedə dərinləşən su qıtlığı və səhralaşma problemlərini iqlim dəyişikliyinə bağlasalar da, ekspertlər deyir ki, hökumətin yol verdiyi səhvlər və əhalinin sürətli artımı böhranı daha da ağırlaşdırıb. Ölkədəki iqlim miqrantlarının dəqiq sayı bilinməsə də, İran mediasının hesablamalarına görə, ötən il 42 minədək insan iqlim dəyişikliyinin nəticələrinə, o cümlədən quraqlıq, qum və toz fırtınalarına, sel və təbii fəlakətlərə görə köçmək məcburiyyətində qalıb. Daha bir il öncə (2021-ci ildə) bu göstəricinin 41 min olduğu söylənir. Müşahidəçilər gerçək rəqəmin bundan xeyli yüksək olduğunu deyirlər. Ekspertlərin fikrincə, torpaqların əksər hissəsinin quraq və yarıquraq olduğu İranda hər il get-gedə daha çox ərazi yaşamaq üçün yararsız hala düşəcək və nəticədə kənd ərazilərini tərk edənləri sayı daha da artacaq. Tehranda yaşayan ekoloq Məhəmmədrza Fatemi “Fərda” radiosuna deyib: “İran qupqurudur, yağıntı da azdır. Ölkənin xeyli bölümü də səhralıqdır. Nəticədə iqlimdə baş verən ən kiçik dəyişiklik əhaliyə təsir göstərir”. Fatemi İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətində bataqlıq və göllərin qurumasını misal göstərib. Hamun bataqlıqları minlərlə insanın qida və dolanışıq mənbəyi idi, ancaq quruyub-kiçildikcə yerli əhali də şəhərlərə köçməli olub. Təbriz Universitetində çalışan ətraf mühit mütəxəssisi Mehdi Zərğami bu yaxınlarda hesablayıb ki, son bir ildə 10 minədək ailə quraqlıq və qum fırtınaları üzündən Sistan-Bəlucistan əyalətinin iri şəhərlərindən biri olan Zabulu tərk edib və İranın başqa yerlərinə köçüb. Fateminin hesablamalarına görə, İran daxilində köçün 70 faizə qədəri iqlim dəyişikliyinin fəsadları ilə bağlıdır: “Biz böhran mərhələsinə daxil olmuşuq. Növbəti mərhələ fəlakətdir”.

Bəzi ekspertlər İranda əhalinin sürətli artımının da ekoloji böhrana öz töhfəsini verdiyini deyir. Hərçənd son illərdə artımın sürəti aşağı düşüb. İran əhalisi 1979-cu il İslam İnqilabından sonrakı dövr ərzində iki dəfədən çox artaraq 35 milyondan, demək olar, 88 milyona çatıb. Əhalinin 70 faizə qədəri şəhərlərdə yaşayır. Ekspertlər deyirlər ki, iqlim miqrasiyası İran şəhərlərində infrastrukturu get-gedə daha çox gücəndirir, yoxsulluğun çoxalması, evsizlik və aşırı məskunlaşma kimi sosial-iqtisadi problemlər törədir. Tədqiqatçı Məhəmməd Rza Məhbubfər bundan öncə bildirib ki, ölkədəki əksər iqlim miqrantlarının üz tutduğu əsas yer Tehrandır: “Rəsmilər Tehran əhalisinin 15 milyon olduğunu desələr də, gerçək rəqəm 30 milyona çatıb”. Məhbubfər əlavə edib ki, balanslaşdırılmayan inkişaf nəticəsində Tehran sosial problemlər içində boğulur. Bu axın Tehranın bəzi zəngin sakinlərinin şimal əyalətlərinə, Xəzər dənizi yaxınlığındakı münbit bölgələrə köçməsinə səbəb olub. İranın Torpaq Məsələləri Qurumunun rəhbəri Rza Əflatuni ötən iki ildə 800 minədək adamın Mazandaran əyalətinə köçdüyünü bildirib. Mazandaranın yerli rəsmiləri isə əyalətin bu qədər iri miqyasda insan axınını yönəltməkdə çətinlik çəkdiyini diqqətə yetiriblər. İran parlamentinin Kənd Təsərrüfatı Komissiyasının sədri Məhəmməd Cavad Əskəri qeyd edir: “Ölkəmizin son bir neçə ildəki quraqlıq səbəbindən hər il təxminən 1,5 milyon hektar ərazisi səhraya çevrilir”. Sözügedən vəziyyətin təhlükəli olduğunu bildirən Əskəri quraqlıqla effektiv mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu qeyd edib. İranın Milli İqlim və Quraqlıq Böhranının İdarə Olunması Mərkəzinin prezidenti Əhəd Vazife martın 13-də verdiyi bəyanatda ölkəsində son 50 ildə yağıntıların miqdarının azaldığını, bu ilin mart ayında yağıntının miqdarının isə ötən illə müqayisədə 16 % azaldığını bildirib. Qeyd edək ki, son aylar İranda quraqlıq, su ehtiyatlarının çatışmazlığı və hava çirklənməsi ölkənin əsas mövzularının başında yer alır. Hökumət bu problemləri həll etmək üçün layihələrə büdcə ayırsa da, nəticəsi yox kimidir. Xüsusilə Xuzistan, İlam, Buşehr, Kohqiluyə, Buyer Əhməd, Fars, Sistan-Beluçistan, Cənubi Xorasan, Şimali Xorasan, Xorasani Rəzəvi, İsfahan, Zəncan və digər əyalətlərdə quraqlıq hədsiz dərəcəyə çatıb. Bütün bu kimi məsələlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında da diqqət mərkəzində olacaq.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031