Rusiyadan Azərbaycana pul göndərişi 2 dəfə azaldı...
Akif Nəsirli: “Bunun səbəbi Rusiya iqtisadiyyatının böhran vəziyyətində olmasıdır”
2023-cü ilin yanvar-sentyabr aylarında fiziki şəxslər Rusiyadan Azərbaycana 829 milyon 410 min ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirib.
Dekabrın 18-də Zaqafqaziya Respublikası Mərkəzi Bankına istinadən verilən məlumata görə, illik müqayisədə bu rəqəm 2,7 dəfə və ya 1,438 milyard dollar azalıb. Ötən ilin eyni dövründə fiziki şəxslər Rusiyadan Azərbaycana 2 milyard 267,3 milyon dollar məbləğində pul köçürmələri həyata keçirib.
2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan bankları sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 300 milyon manat (770 milyon ABŞ dolları) əldə edib. Bu dövrdə respublikanın kredit-maliyyə təşkilatlarından xaricə göndərilən vəsaitin həcmi 320,3 milyon manat (188 milyon dollar) təşkil edib.
2022-ci ilin birinci yarısı ilə müqayisədə Azərbaycana pul köçürmələri iki dəfə və ya 1 milyard 327 milyon manat (80 milyon dollar), xaricə köçürmələr isə 40,2 faiz və ya 215,5 milyon manat (127 milyon dollar) azalıb.
Ötən il Azərbaycana pul köçürmələrinin həcmi 3,4 milyard dollar təşkil edib. Zaqafqaziya respublikasının maliyyə tənzimləyicisinin məlumatına görə, 2021-ci illə müqayisədə bu rəqəm 3 dəfə artıb.
Rusiyadan Azərbaycana pul köçürmələrinin iki dəfə azalması nə ilə bağlıdır?
“Rusiyadan Azərbaycana pul göndərən insanların qazancları da azalır…”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, bu halın baş verməsi gözlənilməz deyildi. “Rusiyadan Azərbaycana pul köçürmələrinin həcminin azalması təbii haldır. Bilirik ki, Rusiya artıq iki ildir müharibə aparır, bu müharibəyə görə də dünya ölkələri tərəfindən Rusiyaya ciddi sanksiyalar tətbiq olunur. Digər tərəfdən müharibə xərcləri artır və bu səbəbdən ölkə iqtisadiyyatı kiçilir, iqtisadiyyat böhrana doğru gedir”-deyə qeyd edən A.Nəsirli bildirdi ki, Rusiya iqtisadiyyatında başlanan böhran bu ölkədən xaricə pul köçürmələrinə də sirayət edir, nəticədə pul göndərmələrinin həcmi azalır. “Bu səbəbdən Rusiyadan Azərbaycana pul göndərən insanların qazancları da azalır, bu amil də göndərilən pulun həcminə təsir edir, azalma baş verir. Getdikcə bu proses daha da dərinləşəcək, vəziyyət kəskinləşəcək. Növbəti il daha az həcmdə pul göndəriləcək. Bunun səbəbi Rusiya iqtisadiyyatının böhran vəziyyətində olmasıdır”-deyə A.Nəsirli əlavə etdi.
O vurğuladı ki, Rusiyada iqtisadi böhran dərinləşdikcə bu sahədə daha ciddi problemlərə şahid olacağıq.
Leyla QARAXANLI