KÖHNƏ VERSİYA            

İşlə təminat üçün Füzulidə əmək yarmarkaları keçirilir - Millət vəkili...

Image

Vüqar Bayramov: “İlin sonuna qədər 2000 vətəndaşımızın məskunlaşacağı gözlənilir”

44 günlük Vətən müharibəsində qazandığımız Zəfər regionun reallıqlarını dəyişdirməsi ilə yanaşı, məcburi köçkünlərimizin də 30 ilə yaxın yurd həsrətinə son qoydu. Vətəndaşlarımızın doğma torpaqlarına qayıtmasına imkan yarandı. 

İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin görülməsi, “Böyük Qayıdış” prosesinin sürətləndirilməsi gücümüzü, məqsədimizi, birliyimizi, xalqımızın böyüklüyünü bir daha göstərir. Ali Baş Komandanın qətiyyətli mövqeyi, xalqımızın birliyi və ordumuzun əzmi ilə ölkəmiz istədiyi bütün hədəflərə nail ola bilmə bacarığına sahibdir.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Bu istiqamətdə yeni layihələr və planlar həyata keçirilir. Azad edilən rayon və şəhərlərdə genişmiqyaslı və intensiv işlər aparılır. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirib ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. İndi həmin ərazilərdə tikinti-abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.

Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə  bu gün (dünən) 22 ailə - 94 nəfər köçürülüb. Xatırladaq ki, indiyədək Füzuli şəhərində 380 ailənin, yəni 1392 nəfərin daimi məskunlaşması təmin edilib.

“Məskunlaşma prosesi ilə yanaşı, vətəndaşların işlə təminatı məsələsi də diqqətdə saxlanılır” 

Füzuliyə geri qayıdış barədə əslən Füzuli şəhərindən olan millət vəkili Vüqar Bayramovla həmsöhbət olduq.

- Məlumdur ki, Füzuli şəhərinə qayıdışa start verilir. Bu haqda nə deyərdiz?

- Füzuli şəhərində məskunlaşma Qarabağa Böyük Qayıdışın başlanğıcıdır. Bu gün 22 ailə yeni qurulan Füzuli şəhərində mənzil sahibi oldu. Məskunlaşma prosesi intensiv şəkildə həyata keçirilir. İlin sonuna qədər 2000 vətəndaşımızın məskunlaşacağı gözlənilir. 

- Füzuliyə geri qayıdan vətəndaşların işlə təminatı hansı səviyyədədir?

- Təbii ki, məskunlaşma prosesi ilə yanaşı, vətəndaşların işlə təminatı məsələsi də diqqətdə saxlanılır. Vətəndaşların işlə təminatı üçün Füzuli və digər şəhərlərdə əmək yarmarkaları keçirilir. Onu da deyim ki, Qarabağda məskunlaşan vətəndaşlarımızın bir qismi artıq dövlət qurumlarında, o cümlədən infrastruktur layihələrində də işlə təmin olunublar. Məskunlaşma geniş vüsət aldıqca özəl sektorun həmin ərazilərdə xidmət göstərməsi daha da böyüyəcək. Bu da yeni iş yerlərinin yaradılması baxımından vacibdir. Bütövlükdə məskunlaşmada məşğulluğun təminatı prioritetdir. Məlumat üçün deyim ki, bununla bağlı Prezident İlham Əliyev tərəfindən xüsusi göstəriş və tapşırıqlar var. Bu səbəbdən də öz doğma yurdlarına geri qayıdan vətəndaşların işlə təminatı prioritet olaraq qalacaq.

- Gələn il Füzuli şəhərində məskunlaşma daha intensiv olacaqmı? 

- Fasiləsiz olaraq Füzuli şəhərində yaşayış binlarının inşa edilməsi artıq ondan xəbər verir ki, Füzuli şəhər sakinləri daha qısa vaxtda öz ata-baba yurdlarına qayıdır və qayıda biləcəklər. Gələn ilin əvvəlindən etibarən Füzuli şəhərində məskunlaşmanı daha intensiv müşahidə edə biləcəyik. Ümumiyyətlə, Füzuli rayonunun bərpa edilməsi ilə bağlı artıq tədbirlər planı var və həmin tədbirlər planına əsasən, 2026-cı ilədək ilkin bərpa ediləcək kəndlərin siyahısı dəqiqləşdirilir. Bu istiqamətdə, xüsusən də minalardan təmizləmə ilə bağlı işlər davam edir. Ona görə də çox qısa zamanda uzun müddət məcburi köçkün həyatı sürən vətəndaşlarımız Füzuli şəhərinə və digər kəndlərinə qayıtmaq imkanə əldə edəcəklər. 

Onu da deyim ki, 2024-cü ildə məskunlaşmanın coğrafiyası genişləndiriləcək, Şuşa və Ağdam şəhərlərində də məskunlaşmanın olacağı gözlənilir. Buna paralel olaraq məşğulluğun miqyası da genişlənir. Vətəndaşlarımızın ixtisas və peşələrinə uyğun işlə təmin olunması “Böyük Qayıdış”ın mühüm tərkib hissəsidir. Azad olunmuş ərazilərdə məşğulluğun təmini növbəti illər üçün də əsas hədəflər sırasında qalacaq. 

- Füzulidə Özbəkistanın dəstəyi ilə orta məktəb inşa edilib…

- Bəli, Fizulidə Özbəkistanın dəstəyi ilə qurulan orta məktəbin inşası başa çatıb. Hər iki ölkənin dövlət başçılarının iştirakı ilə açılış olub. Bu, Özbəkistanın Azərbaycanın qələbəsinə dəstəyidir. Həmin məktəbdə şagird və müəllim sayının təminatında heç bir problem olmayacaq. Artıq bu istiqamətdə işlər gedir. Sentyabrın 15-də Füzulidə 30 ildən sonra ilk zəng səslənəcək. Bütün bunlar ondan xəbər verir ki, Füzuli rayonunda intensiv şəkildə məskunlaşma reallaşmaqdadır. Son olaraq deyim ki, ilk dəfə olaraq sakinlərimiz Dünya Azərbaycanlılarının Həmrəylik gününü və Yeni ili öz doğma torpaqlarında qeyd edəcəklər.

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031