"1996-cı ildə Ermənistan tarixində görmədiyi diplomatik zərbəyə məruz qalmışdı" - Ceyhun Bayramov
1996-cı ildə Ermənistan tarixində görmədiyi diplomatik zərbəyə məruz qalmışdı. Trend xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Diplomatiya Həftəsinin açılış mərasimi zamanı çıxışında qeyd edib.
Nazir qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hər zaman torpaqlarımızın işğalı məsələsini Azərbaycanın tarixi ədalətliliyi ilə həll olunması istəyirdi.
“Ulu Öndər və hər bir azərbaycanlının arzusu ərazi bütövlüyümüzün bərpa edilməsi idi. Bu arzu reallaşdı. Hazırki dövrdə ölkəmiz qarşısında duran prioritet məsələ işğaldan azad edilən ərazilərimizin bərpası, dirçəldilməsidir. Böyük qürur hissə ilə günbəgün vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdışını görürük.
Ölkəmizin beynəlxalq arenada artan nüfuzuna Qoşulmama Hərəkatına sədrliyi göstərə bilərik. Azərbaycanın sədrliyinin bir ildə uzadılmasına 120 ölkə yekdilliklə qərar verdi. İkincisi isə COP29-un Azərbaycanda keçirilmə qərarı ölkəmizə olan inamın bariz nümunəsidir”,- deyə nazir əlavə edib.
Qeyd edək ki, ADA Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Diplomatiya Həftəsinin açılış mərasimi keçirilir.