KÖHNƏ VERSİYA            

"Gələcək inkişaf: ekoloji problemlər və onların həlli yolları" adlı beynəlxalq konfrans keçirilib

Image

Beynəlxalq Həmrəylik Qrupunun (BHQ) dəstəyi ilə Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılar "Gələcək inkişaf: ekoloji problemlər və onların həlli yolları" adlı onlayn formatda beynəlxalq konfrans keçiriblər. Konfransın təşkilinə BHQ-nin müxtəlif ölkələri təmsil edən kordinatorları, o cümlədən Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu (Azərbaycan), Bakı şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxs (Azərbaycan), Smolensk Humanitar Universiteti (Rusiya), Smolnıy Universiteti (Rusiya) təşkilati, mənəvi dəstək veriblər. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Avstraliya, İordaniya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Tacikistan, Polşadan millət vəkilləri, alimlər, ictimai xadimlər, dövlət orqanlarının təmsilçiləri, diaspor liderləri, müəllimlər, hüquqşunaslar, jurnalistlər, politoloqlar, araşdırmaçılar qatılaıblar.

Tədbirdə ilk olaraq çıxış edən Müasir İnkişaf Birliyinin sədri, AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, Bakı Dövlət Universitetinin müəllimi Mübariz Göyüşlü bir ilə yaxındır ki, fəaliyyət göstərən Beynəlxalq Həmrəylik Qrupunun, onun 20-yə qədər ölkədən olan kordinatorlarının gördüyü işlərdən, keçirdiyi tədbirlərdən bəhs edib. Onun sözlərinə görə ekologiya mövzusu, ekoloji sahədə baş verənlər hər kəsi düşündürməlidir. M.Göyüşlü ekoloji dəyişikliklərin, anomal təbiət hadisələrinin hər kəsə təsir etdiyini açıqlayıb. COP28 tədbirinin əhəmiyyətindən danışan M.Göyüşlü COP29-un Azərbaycanda keçiriləcəyini məmnunluqla qarşıladıqlarını qeyd edib.

Millət vəkili Ceyhun Məmmədov COP29-un Azərbaycanda keçirilməsinin vacibliyindən danışıb. O, iqlim dəyişikliklərinin yaratdığı çətinlikləri diqqətə çatdırıb. Bu istiqamətdə ictimai qurumların aktivliyinin vacibliyini vurğulayan C.Məmmədov Ermənistanın hələ də Azərbayacana qarşı ekoloji təxribatlar törətməsini qınayıb. Millət vəkili iqlimin anomal şəkildə dəyişməsinə toxunaraq bunun fəsadlar yaratdığını söyləyib. O, BHQ-nin bundan sonra da belə vacib tədbirlər təşkil edəcəyinə inandığını vurğulayıb.

Millət vəkili Jalə Əhmədova bəşəriyyətin ekoloji problemləri tam dərk etmədiyini vurğulayıb. J.Əhmədova ekologiya ilə yanaşı qidaların tərkibində də problemlər yaşandığını açıqlayıb. Millət vəkili sənaye müəssisələrinin tullantılarının, avtomobillərin ekologiyaya vurduğu təsirlərin ciddi məsələ olduğunu söyləyib. O, biomüxtəlifliyin, meşələrin qorunmasına diqqəti cəlb edib. Torpaqlarımızın 30 il ərzində işğal vaxtı ermənilər tərəfindən dağıdıldığını söyləyən J.Əhmədova dövlətimizin bunu aradan qaldırmaq üçün çoxsaylı işlər gördüyünü bildirib. Millət vəkili ekologiyanın qorunması üçün cəzaların, cərimələrin, ictimai qınağın vacibliyini qeyd edib.

İqlim dəyişikliyinin çox şeyə təsir etdiyini deyən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Qalib Ağa ekoloji problemlərin həllində hər kəsin birgə çalışmasının vacibliyinə toxunub. O, müharibədə qalib gəlmiş Azərbaycan xalqının güclü potensialının olduğunu, bu imkanlardan düzgün istifadəyə ciddi ehtiyac yarandığını açıqlayıb. O, Beynəlxalq Həmrəylik Qrupunun da gələcəkdə bu istiqamətdə ciddi çalışmalar həyata keçirəcəyini söyləyib.

AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, Türk Dünyası Elmi Strateji Araşdırma Mərkəzinin başqanı Məhəmməd Cəbrayılov bu beynəlxalq platformanın mühüm əhəmiyyət daşıdığını söyləyib. O, iqlim dəyişmələrinin, torpaq və su problemlərinin dünyanın diqqət mərkəzində olduğunu vurğulayıb.

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun İcraçı direktoru, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani bu tədbirin təşkilinə dəstək verdiklərini söyləyib. O, ekoloji problemləri qlobal miqyasda ən böyük problemlərdən biri kimi xarakterizə edib. Alim ölkəmizdəki ekoloji problemlərdən də danışıb.

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Nəriman Paşayev “Təbii fəlakətlərin əhalinin məskunlaşmasına təsirinin ekoloji aspektləri” mövzusunda çıxış edib. Onun sözlərinə görə ekoloji problemlər dünya miqyasında üçüncü sırada dayanır. O, qlobal istiləşmənin yaratdığı çətinlikləri sadalayıb. Alim, Azərbaycanda sel, dolu vurma, sürüşmə, daşqın kimi təbii fəlakətlərin artdığını, 400-dən çox yaşayış məntəqəsinin sürüşmə təhlükəsi altında olduğunu, hər il 30-35 milyon manatlıq zərər dəydiyini qeyd edib.

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov “Şirin su ekosistemlərinin ekoloji problemləri” mövzusunda çıxış edib. O, şirin su ekosistemlərinin ciddi problemə çevrildiyini, Azərbaycanda şirin su ehtiyatlarının az olduğunu söyləyib. Şöbə müdiri, Azərbaycan iqlimində ciddi dəyişikliklərin getdiyini söyləyib. M.İsmayılov yerli su ehtiyatlarından qənaətlə və planlaşdırılmış şəkildə istifadə etməyin vacib olduğunu vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, Sudan İstifadə Sahəsində Mütəxəssislər İctimai Birliyinin rəhbəri Amin Məmmədov Dubay şəhərində 4-9 dekabrda keçirilən COP28 tədbirində iştirakı ilə bağlı təəssüratını bölüşüb. O, 120-dən çox ölkənin, o cümlədən Azərbaycanın orada pavilyonunun olduğunu, böyük maraqla qarşılandığını söyləyib. A.Məmmədov orada maraqlı sessiyalar təşkil etdiklərini dilə gətirib. Çıxışçı Azərbaycanda keçiriləcək COP29 tədbiri ilə bağlı vətəndaş cəmiyyəti, xaricdəki azərbaycanlılar tərəfindən görülməsi vacib olan işlər haqqında təkliflər də səsləndirib.

Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, “Çinar” azərbaycanlıların milli-mədəni mərkəzinin sədri Xeyransa Mirzəyeva uşaqlıqdan ekoloji təlim, maarifləndirmə işini aparmağın vacib olduğunu söyləyib.

Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı Anar Mustafazadə “Orta təhsildə ekoloji təlimin vəziyyəti” mövzusunda çıxış edib. O, Azərbaycan orta məktəblərində, dərsliklərdə ekoloji savadlılıq məsələsinə diqqəti artırmağın vacibliyindən danışıb.

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta COP29-a ev sahibliyi edəcək Azərbaycanı təbrik edib. M.Oyta iqlim dəyişikliyinin təsirlərindən, süni müdaxilələrin yaratdığı problemlərdən danışaraq, uşaqların bu istiqamətdə maarifləndirilməsinə diqqəti çəkib.

Rusiyanın Yaroslavl şəhərindən tədbirə qoşulan “Rusiya Azərbaycan Qadınları” İctimai təşkilatının sədri Xatirə Qəmbərova Beynəlxalq Həmrəylik Qrupunun fəal çalışmalar həyata keçirdiyini qeyd edib. X.Qəmbərova İranda Urmu gölünün qurudulmasına, yaranan ekoloji problemə etiraz olaraq fikirlərini bölüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin baş məsləhətçisi Şakir Qəniyev təmsil etdiyi qurumun ekologiyanın qorunması, mühafizəsi sahəsində gördüyü işlərdən danışıb. Əməkdar müəllim Aydın Allahverdiyev dərsliklərdə təbii-coğrafi şəraitin tarixi, ictimai proseslərə təsirinin zəif işıqlandırıldığını qeyd edib. O, ekologiyanın qorunmasına kompleks yanaşmanın vacib olduğunu söyləyib.

Eko-Tes təşkilatının təmsilçisi Çingiz Nəzərov ekologiyaya ziyan vuranlara cəza tətbiq etməklə yanaşı, maarifləndirməyə də ehtiyacın çox olduğunu vurğulayıb. O, dünyada ekologiya mövzusunda donorluq edən təşkilatların yardımından faydalanmağı vacib sayıb.

Türkiyənin Antalya şəhərindən toplantıya qoşulan ictimai xadim Ceyran Səttarova özünün orta məktəbdəki pedaqoji təcrübəsindən söz açaraq ekologiya ilə bağlı maarifləndirmənin məhz orta məktəblərdən başlanılmasının vacib olduğunu söyləyib. Türkiyədə baş verən meşə yanğınlarına toxunan C.Səttarova məktəblərdə bununla bağlı artıq proqramlar hazırlandığını da qeyd edib.

Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin, BMT və qlobal iqtisadi təşkilatlar şöbəsinin əməkdaşı Tacirə Mahmudova COP29 tədbirlərinin daha çox işğaldan azad edilmiş ərazilərdə keçirilməsinin gözlənildiyini vurğulayıb. O, bu prosesdə Türkiyə ilə yanaşı, Rumıniya, Macarıstan, Polşa kimi ölkələrdən də dəstək aldığımızı söyləyib.

“Rusiya və Dünya Azərbaycan Qadınları İctimai Birliyi”nin Krım nümayəndəsi Qızqayıt Qədirova, Ukraynanın Kiyev şəhərindən diaspora fəalı, şairə Ətayə Odər Əkbərsoy ekoloji problemlərlə bağlı fikirlərini bölüşüb. Sonda tədbir iştirakçıları bu istiqamətdə çalışmaların davam etdirilməsinin vacibliyini, Beynəlxalq Həmrəylik Qrupunun 2024-cü ildən etibarən fəaliyyətlərini genişləndirməsinin əhəmiyyətini vurğuladılar.

Qeyd edək ki, tədbirdə eyni zamanda AMEA Tarix İnstitutunun şöbə müdiri, tarixçi alim Hacı Həsənov, Pakistanda Yaşayan Azərbaycanlılar Cəmiyyətinin sədri Şəhla İsayeva, AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva, İordaniya üzrə koordinator, diaspora rəhbəri Zümrüd Dadaşova, Tacikistan-Azərbaycan Cəmiyyətinin sədri Şahəddin Əzimov, Rusiyadan Smolensk Humanitar Universitetinin rektoru, Smolensk vilayəti Milli Konqresinin sədri, İctimai Palatanın üzvü Faiq Əliyev, Rusiyanın Sankt-Peterburq şəhərindən “Çinar” azərbaycanlıların milli-mədəni mərkəzinin sədr müavini Ülviyyə Abbasova, Gürcüstandan Alyans Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova, Moskva vilayəti Ruza rayonunda yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyatının sədri Sahib Musayev, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatının sədri Fuad Hüseynzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin əməkdaşları İlahə Hüseynova, Ayan Qulizadə iştirak ediblər.

Mətləb







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031