İsrail Qəzzada Fransa diplomatını öldürdü - Konsulluq işçilərinin sığındığı ev bombalandı
Fransa Xarici İşlər Nazirliyi İsrailin Qəzzanı bombalaması nəticəsində yaralanan bir fransız diplomatın öldüyünü açıqlayıb. Qeyd edilir ki, Fransa diplomatı İsrailin hava zərbələri nəticəsində yaralanmışdı.
Fransa XİN-in məlumatına görə, İsrail təyyarələri Refah şəhərində Fransa Baş Konsulluğu işçilərinin və ailələrinin sığındığı evi vurub. Bombardman zamanı Fransa diplomatı ilə yanaşı evdə olan çox sayda mülki şəxs həyatını itirib.
TAHİR