İsrail naziri lüt soyundurulmuş qəzzalılara kütləvi işgəncə verildiyini etiraf etməyə məcbur oldu...
Təəssüf ki, İsrail - Qəzza savaşında insanlıq normalarına sığmayan belə hadisələri də gördük və eşitdik. "Euronews" TV kanalı insanda ikrah doğuran işgəncə kadrları yayıb.
Maraqlı araşdırma aparılıb. Çılpaq soyundurularaq dizləri üstündə oturdulmuş yüzlərlə insana fiziki işgəncə və təhqiramiz hərəkətlərə yol verildiyi göstərilir. Uzun müddət nə İsrail, nə də Həmas bu kadrları boynuna almadı, bir-birinin üstünə atdılar. İlk əvvəl məlum olan bu idi ki, bu qeyri-insani kadrlar oktyabrın 7-də çəkilib.
Nəhayət "Euronews" araşdırmaları sübut etdi ki, bu vəhşiliyi İsrail əsgərləri törədib. İsrailin müdafiə naziri (ÇAXAL- buna İsrail özünü müdafiə ordusu deyilir, ancaq bu ad ordunun real davranışlarına uyğun deyil. Belə özünümüdafiə ordusu olar?!) hadisənin İsrail əsgərləri tərəfindən törədildiyini etiraf etdi və üzr istədi.
Namiq Quliyev