Xankəndidə ilk dəfə səs verən vətəndaş da tarixə düşəcək - MSK sədri açıqladı...
İşğaldan azad ilk seçki məntəqələrindən biri Xankədidə yaradılacaq. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, Xocalıda, Əsgəranda, Ağdərədə və digər işğaldan azad edilən ərazilərimizdə seçki məntəqələri yaradılacaq.
Azad edilmiş ərazilərdə seçkilərlə bağlı komissiya üzvlərini dünəndən Xankəndiyə göndərdiklərini deyən M.Pənahov qeyd edib ki, üzvlər Ağalıda harada məntəqələr olacağını bildiriblər.
“Orada binalar hamısı yeni tikilib. Oradakı məntəqələr digər yerlərdəki məntəqələrə nümunə olacaq məntəqələrdir. Xankəndi, Şuşa, Laçında biz dünyaya nümayiş etdirəcəyik ki, tikinti-quruculuq işləri gedən yerlərdə də biz məntəqələr yaradacağıq".
MSK sədri Azərbaycan seçicisinin ilk dəfə Xankəndidə səs verərək tarixə düşəcəyini də deyib: "Xankəndidə məhz həmin binada (Xankəndidə Prezidentin gəzdiyi binanın nəzərdə tutur - red) Azərbaycan seçicisi səs verəcək. İlk orada səs verən, orada 18 yaşı tamam olan və ilk dəfə səs verən vətəndaşı da tarixə salacağıq...
KİV-lər azad edilmiş ərazilərdəki seçkiləri daha yaxşı işıqlandırmalıdır. Dünya bilməlidir ki, artıq Azərbaycan xalqı orada oturuşub”.
TAHİR