"Azərbaycan müəllimlərinin XVI qurultayı “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi ilə əlamətdardır" - Prezident
Bu qurultay “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi və Ümummilli Liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdardır.
Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubunda yer alıb.
“Ulu Öndər genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşmış və misilsiz qayğı göstərmişdir. Təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaşamışdır. Milli təhsildə zamanın çağırışlarına müvafiq, gələcək perspektivlər yönündə atılan uğurlu addımlar həmin dövrdə ardıcıl surətdə gerçəkləşdirilmiş dövlət siyasətinin nəticəsidir”, - deyə Prezident İlham Əliyevin məktubunda qeyd olunub.