Nazir açıqladı: "Bir şagirdin təhsili üçün 7 min manat xərclənir"
Azərbaycanda bir şagirdin təhsili üçün il ərzində xərclənən vəsaiti açıqlayıb. Bu barədə Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında bildirib ki, bu gün bir şagirdin təhsili üçün 7 min manat xərclənir. "Bu da demək olar özəl təhsil müəssisəsi ilə eynidir. Amma nəticə aşağıdır", - o vurğulayıb.
Nazir bildirib ki, Bakıda ən böyük tutumu olan məktəbin bir şagirdi üçün bu rəqəm 600 manat, ucqar kənddə 30 min manatdır: "Bu da paylanma baxımından doğru deyil. Dövlət vəsaitindən daha səmərəli, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşdırma tədbirlərini davam etdirəcəyik".
Mətləb