Avropa Birliyi Orbanla Zekenskinin arasında qalıb...
Dekabrın 15- də Avropa birliyi Ukraynanın üzvlüyə qəbuluna və Ukraynaya 54 milyard avro iqtisadi, 24 milyard avro hərbi yardım ayrılmasına ya hə, ya yox deməlidir.Ukraynanın üzvlük məsələsi bütün AB ölkələri tərəfindən dəstəkləndiyi halda ,tək Macarıstan buna əks çıxır.Baş nazir Orban hesab edir ki, Ukrayna müharibə , korrupsiya və ölkədəki macar azlığın hüquqları baxımından hələ AB- yə hazır deyil.Zelenski isə əksinə, hesab edir ki , ölkəsi AB- nin 7 şərtinin 6- nı artıq yerinə yetirib." Orban bircə səbəb də göstərə bilməz ki, biz AB- yə hazır deyilik.3 yox , 5 yox, bircə səbəb istəyirəm.Göstərə bilməz" - Zelenski belə deyib.
Bəzi analitiklər Orbanın Rusiyaya görə Ukrayna ilə məsafə saxladığını güman edir.Lakin bu gümanın əleyhinə olanlar sual edir ki , elə isə Orban Rusiyanın əleyhinə olan 11 sanksiya paketinə necə səs verib?! Əslində Orban özü də Ukrayna məsələsində çox da inadkar görünmür.
Əksər təhlilçilər hesab edir ki, Orban AB ilə ölkəsi üçün çox vacib olan iqtisadi dəstək paketini həll etmək istəyir .Başqa bir mübahisə isə macar hakimlərin Avropa məhkəməsinə müraciət hüququnun bərpa olunmasıdır ki, hələlik Orban buna da müqavimət göstərir. Beləliklə, sabah suala cavab veriləcək- Zelenski ölkəsinə AB üzvlüyünün müjdəsini və 78 milyard avro iqtisadi- hərbi yardımın çekini gətirə biləcəkmi? Hər şey Macarıstanın baş naziri Orbanın qərarından asılı olacaq..
Tahir Tağıyev