Britaniya Mərkəzi Asiya dövlətlərinə görün nə hazırlayır....İşlər nüdirinin 5 milyardı donduruldu
Plan hələ noyabrın ortalarında hazır olub. Bu günlərdə bəyan edilib. Britaniyanın icmalar palatasının xarici əlaqələr komitəsi Mərkəzi Asiya dövlətlərində vəziyyətlə bağlı hesabat yayıb. Söhbət Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan gedir. Hesabatda Britaniya hökumtiinin bölgə siyasətinin zəifliyi qeyd edilir. Bu ölkələrlə daha yüksək səviyyəli diplomatik dialoqa çağırış edilir. Bu dialoq " C5+1" adı ilə ifadə edilir. Hesabatda qeyd edilir ki, Britaniyanın maliyə xidmətlərindən bölgədən qanunsuz maliyyə daşınmaları üçün istifadə edilməməsinə təminat olmalıdır.
Hesabatın qəribə adı var- "Ölkələr keçiddə.Böyük Britaniyanın Mərkəzi Asiyada iştirakı". Hesabat müəllifləri 2024- cü ildə " C5+1" formatında beynəlxalq konfrans keçirilməsini zəruri sayır. Britaniyanın bu ölkələrdəki səfirliklərində fəaliyyət göstərən Britaniya Beynəlxalq inkişaf Nazirliyinin ofislərinə xüsusi vəzifələr müəyyən edilir.
Hesabatda deyilir ki , Britaniya korrupsiyalaşmış Mərkəzi Asiya elitası və regiondan kapital çıxarılması üçün açar vasitəyə çevrilib. Qeyd edilir ki, Nazarbayevin və qohumlarının Britaniyada böyük əmlakları var. İki il əvvəl Britaniya məhkəməsi Qazaxıstan prezidentinin sabiq işlər müdiri Bulat Utemuratovun 5 milyard dollar hesabını dondurub. Eyni sözlər Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevin oğluna da aiddir. Bişkek bir neçə dəfə oğul Maksim Bakiyevin təhvil verilməsini Londondan tələb edib. Hesabatda qeyd edilir ki, London bölgədə daha fəal siyasət aparmalıdır ki, Rusiyanın təsirlərini ləğv etsin....
Tahir Tağıyev