KÖHNƏ VERSİYA            

Rusiyadan ermənilərə hədə - İrəvana Ukrayna ssenarisi mesajlandı...

Image

“Bu gün biz bütün postsovet dövründə Ermənistan-Rusiya münasibətlərində ən kəskin böhranın şahidiyik”. Bunu Ermənistanın “news.am” portalına müsahibəsində rusiyalı politoloq Aleksandr Krılov deyib. 

Onun fikrincə, əvvəllər belə bir şey olmamışdı: “Bu səbəbdən müttəfiqlik münasibətlərinin pozulması ehtimalını heç kim inkar edə bilməz. İrəvanla Moskva arasında münasibətlər dönüş nöqtəsindədir. Ermənistan rəhbərliyi öz siyasətində Qərb vektorunu hər cür inkişaf etdirmək və Rusiya vektorunu məhdudlaşdırmaq istəyini nümayiş etdirir, o cümlədən inteqrasiya birliklərinin, KTMT-nin ən yüksək səviyyədə keçirilən sammitlərinə məhəl qoymamaqla və iştirak etməməklə bunu göstərir. Amerika administrasiyasının nümayəndələri bəyan ediblər ki, Rusiyanın hərbi mövcudluğu Ermənistanın uğurlu inkişafına mane olur. Avropa İttifaqı ölkələri də bununla razılaşır”.

Krılov qeyd edib ki, bu şəraitdə Rusiya-Ermənistan münasibətləri daha gərgin xarakter alacaq. Əgər rəhbərliyi kollektiv Qərbin xeyrinə seçim edərsə və Ukrayna yolu ilə gedirsə, o zaman ekspert Rusiya qoşunlarının və sərhədçilərinin Ermənistandan geri çəkilməsindən başqa perspektiv görmür: “Bu halda heç bir razılaşma qüvvədə olmayacaq”. Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko da Ermənistanla bağlı Moskvanın artıq nikbin əhval-ruhiyyədə olmadığını bildirir. Buna səbəb kimi o, Qərb faktorunu  göstərir: “Əminəm ki, amerikalılar yenidən ermənilərə söz veriblər ki, onların Qarabağla bağlı narahatlıqlarını nəzərə alıb, bəzi şərtlər üzrə danışıqlarda nəyəsə kömək edib, haradasa Türkiyəyə təzyiq göstərməyə kömək edəcəklər. Ermənilər isə ənənəvi olaraq bunu dəstək kimi yozublar, guya ermənilər Rusiyadan uzaqda olsalar, amerikalılar Qarabağdan nəsə qaytarmağa kömək edəcəklər. Əslində isə heç kim onlara heç nə qaytarmayacaq və heç kim heç nə etməyəcək. ABŞ üçün Ermənistan çox uzaqda, qitənin dərinliyində, perspektivsiz və Türkiyə ilə münaqişə yaradacaq qədər çox təhlükəlidir. Amerikalılar Rusiya və Türkiyə ilə gərginlik yaratmaq üçün Ermənistanla oynaya bilərlər. Amma sonda orada açıq-aşkar antirusiya qüvvələr hakimiyyətə gəlsə, Ermənistan da Ukrayna hadisələrinə bənzər bir ssenari ilə üzləşə bilər”. Elə Aleksandr Krılov da bildirir ki, Rusiya hərbi bazasının və sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı məsələ yaranarsa, Cənubi Qafqaz regionunda stabillik pozula bilər. O, kollektiv Qərbin Ermənistanın köməyinə gələcəyinə böyük şübhə ilə yanaşdığını bildirib: “Birinci Ermənistan respublikasının artıq təcrübəsi var - Antanta dövlətlərindən çoxsaylı vədlər almışdı, lakin müharibə başlayanda onlar öz donanmalarını Qafqaz dağlarına göndərə bilməyəcəklərini bəyan etdilər. Bununla da onların iştirakı başa çatdı, Birinci Respublika isə süqut etdi. Müxtəlif siyasi addımlar atılanda tarixi xatırlamağa dəyər. Hər şeyin öz qiyməti var, kiçik dövlətlər üçün səhvlər isə xüsusi qiymətə malikdir. Onlar erməni dövlətçiliyi üçün ölümcül ola bilər”. O əminliklə bildirib ki, Ermənistanı tərk etmək Rusiya üçün kritik olmayacaq: “Rusiya artıq bütün Qafqaz silsiləsi boyu müasir hava və raketdən müdafiə sistemi qurub”. Eyni zamanda o, hadisələrin bu istiqamətdə mümkün inkişafını kədərli adlandırıb, çünki bu, Rusiyanın maraqlarına, eləcə də Ermənistan-Rusiya münasibətlərinin maraqlarına ziddir.

Ermənistan parlamentinin müxalif “Hayasrtan” blokundan olan deputat Artur Xaçatryan mövcud durumda ölkəsini müsbət heç nə göləmədiyini bildirib: “Ermənistan hakimiyyəti ölkəni Moskva ilə kollektiv Qərb arasında qarşıdurma meydanına çevirib”. Onun sözlərinə görə, İrəvan heç bir tərəfdən geosiyasi mənfəət əldə etmir. Ermənistanın keçmiş müdafiə naziri, “Ümumerməni cəbhəsi” hərəkatının lideri Arşak Karapetyan da İrəvanın Moskva ilə bağlı siyasətinin yanlış olduğunu qeyd edir: “Ermənistan KTMT-ni tərk edəndə, Rusiya hərbi bazası buradan çıxanda Ermənistanla heç kəs maraqlanmayacaq”.
 Karapetyan bildirib ki, Ermənistanın siyasi sahəsinin daimi korrupsiyası şəraitində ağlabatan və əsaslandırılmış nitqlə ictimai şüura yol açmaq çox vaxt çətindir, lakin bu, Ermənistanın transformasiyası və dirçəlişinin yeganə yoludur: “Biz dövləti itiririk, buna imkan verməməliyik. Ermənistanın hazırlığı ölkənin hərbi-siyasi rəhbərliyinin apardığı siyasətdən asılıdır, buna uyğun olaraq bu müqavimət qurulmalıdır. Ermənistanın indiki hakimiyyəti bu gün Qarabağ məsələsi ilə məşğul deyil, onlar Qarabağdan imtina ediblər. Xarici siyasi vektorun dəyişdirilməsi, KTMT-yə qarşı demarşlar Ermənistanın oyunçu olmadığı son dərəcə təhlükəli oyunlardır. Ermənistan rəhbərliyi uzaqdan idarəetmə pultuna yerləşdirilib, lider Amerika səfirliyində oturub”.  Ermənistanın “Past” nəşri yazır ki, dekabrın 7-də Azərbaycan və Ermənistanın birgə bəyanat verməsindən bir-iki saat əvvəl hakim “Vətəndaş Müqaviləsi” Partiyasında iclas keçirilib: “Deyilənə görə, iclasda ideoloji-siyasi xarakterli məsələlər müzakirə olunub. Maraqlıdır ki, hakim partiyanın üzvlərindən bir neçəsi də müzakirə etdikləri mövzuları şəxsiləşdirib. “Biz müstəqillik, suverenlik, dövlətimizin gələcəyi ilə bağlı ən mühüm ideoloji məsələləri müzakirə etdik”, - deyə Paşinyanın partiyasının üzvlərindən biri yazıb. Bu qədəri qorxu hissi üçün kifayətdir. Paşinyanın partiyasında Ermənistanın suverenliyi, müstəqilliyi, dövlətin gələcəyi ilə bağlı məsələlər, ideoloji məsələlər müzakirə olunursa, deməli, suverenlik, müstəqillik, dövlətin gələcəyi “onların yeməklərini yeyib”. Ciddi desək, Nikol Paşinyan və onun ətrafına toplaşan digər paşinyançılar müstəqillikdən, suverenlikdən, dövlətin gələcəyindən danışanda qorxulu olur”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031