KÖHNƏ VERSİYA            

Bakı İrəvanın sərhəd təklifini rədd etdi – İrəvanın saziş təklifində isə müsbət irəliləyiş var...

Image

Bakıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidanın təkbətək görüşü olub. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşün ardından verdiyi açıqlamada Ceyhun Bayramov “Biz Hakan bəylə hər bir fürsətdən istifadə edərək, beynəlxalq tədbirlər çərçivəsində müzakirələr aparırıq, telefon danışıqları baş tutur. Bugünkü səfər Azərbaycan və Türkiyə arasında gündəliyin nə qədər zəngin olmasının göstəricisidir” deyərək bildirib ki, bu il Azərbaycan-Türkiyə münasibətlərində zəngin bir il olub.

“Şuşa bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksələn əməkdaşlığmız dünyada bir nümunədir”, - deyə nazir əlavə edib.

Nazir bildirib ki, bugünkü görüşdə ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlq məsələləri müzakirə edilib:

“Eyni zamanda, region ölkələri ilə üçtərəfli və dördtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə etdik. Yaxın aylar ərzində bir neçə üçtərəfli formatda görüşlərimizin keçirilməsi planlaşdırılır”, - deyə o əlavə edib.

Nazir Bayramov bildirib ki, Azərbaycanın və Türkiyənin regionda sülh və sabitliyin təmin olunması ilə bağlı mövqeləri eynidir. “Düşünürük ki, Ermənistan tərəfi də eyni fikirlə addımlar atacaq. Belə olan təqdirdə, müsbət nəticələr əldə etmək olar” – o deyib.

Ötən həftə Azərbaycan Prezident Administrasiyası və Ermənistan baş nazirnin ofisi tərəfindən verilən birgə bəyanatı etimad mövcudluğu istiqamətində ciddi naliyyət adlandıran 

Ceyhun Bayramov deyib ki, sərhədlərin delimitasiyasının müzakirəsi, əsirlərin dəyişdirilməsi də bu istiqamətdə atılan vacib addımlardır.

"Noyabr ayının sonunda biz 70 günlük fasilədən sonra nəhayət ki, Ermənistandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini qəbul etmişdik. Təbii ki, mən onun mahiyyətinə varmaq istəməzdim. Hazırda onun üzərində iş gedir. Qısa olaraq onu qeyd etmək istərdim ki, bu sənədlər paketinə, bu təkliflər paketinə nəzər salanda görürük ki, bundan öncə təklif olunan təkliflər paketinin birə-bir təkrarlanması deyil. Burada bəlli bir müsbət irəliləyiş müşahidə olunur. Bütün bu faktorları biz nəzərə alaraq bir nikbinlik var, ancaq eyni zamanda burada mən hər hansı bir vaxt səsləndirmək istəməzdim. Hesab edirik ki, bu addımlarla biz çox vacib, çox mürəkkəb məsələni, neqativ tarixi keçmişi olan bir məsələni addım-addım irəli apara bilərik. Azərbaycan tərəfinin yanaşması burada aydındır, biz dəfələrlə bəyan etmişik. Ermənistan yalnız öz istəklərini deyil, Azərbaycanın legitim maraqlarını, tarixi ədaləti və beynəlxalq hüquqa hörmət etməyi sərgiləyərsə düşünürəm ki, müsbət nəticələr əldə etmək mümkündür", - deyə nazir əlavə edib.

İrəvanın sərhəddə qoşunların geri çəkilməsi təklifini qəbuledilməz adlandıran 

Ceyhun Bayramov bildirib ki, danışıqlar zamanı müzakirə edilən məsələlərdən hər hansı bir elementi çıxararaq xüsusilə təqdim etmək çaşqınlıq yaradır.

“Ermənistan sərhədləri ilə bağlı açıq suallar var, tam razılıq olmadığı halda qoşunların geri çəkilməsi mümkünsüzdür, kim zəmanət verə bilər həmin ərazilərin təhlükəsizliyinə? Qoşunlar geri çəkilsin fikri qəbul edilən deyil. Bu gün Azərbaycan ordusu sərhədlərimizi qoruyur. Növbəti məqam ondan ibarətdir ki, Azərbaycan ordusu kiminsə istəyi və ya dəvəti ilə gəlməyib, 30 illik işğaldan sonra öz torpaqlarını işaldan azad edib və sərhədlərini qoruyur. Digər bir məqam ondan ibarətdir ki, Azərbaycan sərhədləri yalnız Azərbaycan əsgərləri tərəfindən qoruna bilər, üçüncü tərəfə həvalə edilmə biməz. Azərbaycanın bu prinsipal mövqeyi Ermənistan tərəfinə yaxşı məlumdur. Yaxşı olardı ki, Ermənistan bizim tkliflərimizə konstruktiv yanaşsın və belə olan halda müsbət nəticələr əldə etmək mümkün olar”, - deyə nazir əlavə edib.

"Ümummilli lider Heydər Əliyevi hörmət və ehtiramla yad edirik. Onun liderliyi və vizyonu Azərbaycana bu gün hər kəsin qibtə etdiyi yolu açıb. Azərbaycan Prezidenti İlham Əliyevin də Qarabağ zəfərindəki liderliyi başda olmaq üzrə Azərbaycan və Türk dünyası üçün etdikləri ilə adını tarixə yazıb", - deyən Türkiyə xarici işlər naziri bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərini hər sahədə daha da qüvvətləndirmək xalqlarımıza qarşı ortaq məsuliyyətimizdir:

"Hər şeydən əvvəl kommunikasiya və enerji xətləri baxımından təhlükəsizlik çox önəmlidir. Qars-Naxçıvan dəmir yolu ilə bağlı niyyət protokolu Türkiyə Prezidentinin Naxçıvana səfəri zamanı imzalanıb. Bu layihəni ən qısa zamanda həyata keçirmək niyyətindəyik. Xəzər neftinin TANAP vasitəsilə Türkiyəyə, oradan isə Avropaya ötürülməsi strategiyamızın əsas ünsürlərindən biridir".

Hazırda regionda sülh üçün tarixi fürsət yarandığını ifadə edən türkiyəli nazir "Bu fürsət çox güclənib. Bütün tərəflər sülh və sabitlik üçün çalışmalıdır. Təəssüf ki, Qərbdə olan erməni diasporu erməni xalqını istismar edib bəzi ölkələri Azərbaycana qarşı qoyur. Bunlarla məşğul olmaq yerinə erməni xalqının qonşuları ilə normal münasibətlər qurması üçün eneerji sərf etmələri daha yaxşı olar.

44 günlük müharibədən sonra bölgə üçün yeni imkanlar yaranıb. Sülhün olduğu Cənubi Qafqaz hər kəs üçün vacibdir. Regiondan kənar bütün faktorlarda regiondakı balansa uyğun olan və normallaşma prosesinə təşviq edən siyasət yürütməlidirlər.

Azərbaycan-Ermənistan arasındakı son razılaşmanı da yüksək qiymətləndiririk. Bu cür qərarların davam etməsini arzu edirik.

Biz bölgədə sülh və sabitliyə çox yaxınıq. Bu istiqamətdə Azərbaycanla əlaqələrimizi yaxından davam etdirəcəyik", - deyə bildirib.

Sərhədlərin açılmasından danışan Hakan Fidan qeyd edib ki, Türkiyə Azərbaycanın haqlı davasında yanında duraraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.

"Bundan sonrakı dövr sülhlə regionda sabitliyin başlanğıcı olmalıdır. Türkiyə olaraq regionda davaya, qarşıdurmaya gərək qalmadığını düşünürük. Bundan sonrakı yol sülhlə davam etdirilməlidir. Azərbaycan və Ermənistan arasında normallaşma olduğu zaman Türkiyə ilə də Ermənistan arasında normallaşma olacaq.

Biz Azərbaycanla Ermənistan arasında normallaşma yönündə müzakirələri dəstəkləyirik və bu sahədə üzərimizə düşən hansı vəzifələr varsa, yerinə yetirməyə hazırıq. Bəzi ölkələrin yanlış yanaşmalarına qarşı da mövqeyimizi ortaya qoyuruq",- deyə nazir əlavə edib.

Nazir deyib ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması mövzusunda Azərbaycanla koordinasiyalı hərəkət edirik. O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarına uyğun qərar verəcəyik. Orta dəhlizdən bəhs edən nazir bildirib ki, burada çox böyük potensial var.

"Orta dəhlizin tam potensialı ilə həyata keçirilməsi çox önəmlidir. Region ölkələrinin uzun müddətdən sonra ilk dəfə bu qədər önəmli inkişaf layihələrini diqqət mərkəzinə qoymaları və bunun üzərində əməkdaşlıq qurmaları mühim addımdır", - deyə H.Fidan əlavə edib.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031