Bakıda həbsdə saxlanan terrorçu Livan ermənisi barədə həqiqət budur...
Ermənistanda yeni feyklər yayılıb.Məlumdur ki, dekabrın 7- də "32=2" formatında saxlanan şəxslərin sərhəddə dəyişdirilməsi baş tutdu.Linda Euljekyan adlı erməni qadın iddia edir ki, onun əri, Vigen Euljekyanın adı Paşinyanın bəyan etdiyi siyahıda çıxmaylb və guya Azərbaycan mediasının 7 dekabrda yaydığı ilk siyahıda Ermənistana veriləcək şəxslərin sırasında onun da adı olub, ancaq sonradan Azərbaycan siyahını dəyişdirib.
Qeyd edək ki, Vigen əslən Livan ermənisidir, 44 günlük müharibədən bir neçə ay əvvəl Qarabağa gəlib.Linda iddia edir ki, guya onun əri " ağ süddə qaşıq kimidir", 9 noyabr bəyannaməsi imzalanandan bir neçə saat sonra guya Laçından Şuşaya şəxsi əşyalarını götürmək üçün qayıdarkən Azərbaycan hərbiçiləri tərəfindən tutulub.
Terrorçunun arvadının yalanları:
1.Vigen muzdlu terrorçudan başqa hansı sifətlə Qarabağa gələ bilərdi?
2.Onun hansı şəxsi əşyaları onun üçün həyatından qiymətli olmuşdu ki, onların xatirinə geri qayıdaraq həyatını risqə atdı? Bilmirdi ki, qayıdanda həbs oluna bilər?
3.Linda hansı əsasla iddia edir ki ,Azərbaycanın elan etdiyi ilk siyahıda Vigenin adı var idi?
4.Livandan xüsusi terror və cəza əməliyyatları üçün gətirilmiş bir canini Azərbaycan hansı səbəbdən ermənilərə qaytara bilər?
Nəhayət, həqiqət budur ki, Vigen 44 günlük müharibədən sonra terrorçu dəstənin tərkibində Qarabağa partizan müharibəsinə və diversiyalara göndərilib, şəxsi əşyaları üçün gəlməyib, Laşından Şuşaya yox, gizli yollarla Qarabağdakı qsnunsuz erməni qüvvələrinin düşərgəsinə düşüb.Həm də o ,tək olmayıb, 2020- ci ilin noyabrında bir neçə nəfərlə birlikdə meşələrdə ifşa edilərək Bakıya gətirilib.
Cinayətlətinə görə hökm oxunub və hazırda layiq olduğu cəzanı çəkir. Nəhayət, axı Livan ermənisinin bizim torpaqlarımızda nə işi var idi ki, indi də ömrü həbslərdə çürüsün.....
Namiq Quliyev