KÖHNƏ VERSİYA            

Son etap - Sülh müqaviləsində Bakının bütün istəkləri əks olunacaq...

Image

Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar nəticəsində iki ölkə tərəfindən verilmiş 7 dekabr tarixli birgə bəyanatdan sonra sülh müqaviləsinin yaxın tezlikdə imzalanmasının mümkülnlüyü barədə maraqlı fikirlər səslənir. 

Yaxın tezlikdə belə bir müqavilənin imzalanma ehtimalı isə yüksək dəyərləndirilir. Amma təbii ki, prosesə əngəl olmaq istəyənlər də var.

Məhz belə bir vaxtda Ermənistan mediası sülh müqaviləsində Bakının İrəvan qarşısında qaldırdığı tələblərlə bağlı yeni iddialar irəli sürüb. Belə ki, “Qraparak” nəşri Azərbaycanın sülh sazişinə dair təklifləri ilə tanış olan erməni deputatlara istinadən müəyyən detalları dərc edib. Nəşr iddia edir ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır, lakin bunu rəqəmlə qeyd etmir: “Yəni Ermənistanın 29800 kvadratkilometr ərazisi olduğunu qəbul etmir. Ermənistanın ərazisi sərhədin delimitasiya və demarkasiyasından sonra bəlli olacaq”.  Daha sonra vurğulanır ki, Azərbaycan sərhədin SSRİ dövrünün xəritələrinə uyğun delimitasiyasını da qəbul etmir: “1974-1979-cu illərin xəritələri seçimlər arasındadır, lakin Azərbaycan heç bir xəritə ilə razılaşmır. Bakının əsas tələblərindən biri də anklavlardır”. Bu günlərdə Ermənistan parlamentinin müxalif deputatları Geqam Manukyan, Kristine Vardanyan və Aspram Krpeyan sülh sazişinə dair Azərbaycanın təklifləri ilə tanış olmaq üçün Ermənistan Xarici İşlər Nazirliyində olublar. Nəşr iddialarını bu deputatlara istinadən irəli sürür. Geqam Manukyan sənədin tam məxfi qrifli məqamlarını ictimaiyyətə açıqlamasa da, qeyd edib ki, təkliflərlə tanış olmaq onun təhlükəsini təsdiqlədi və qorxuları gücləndirdi. Amma ermənistanda o da qəbul edilir ki, Bakı ilə razılaşmamaq İrəvan üçün faciə olacaq. Məsələn, erməni politoloq Arutyun Mkrtçyan bu xüsusda qeyd edir: “Əziz ermənilər, gözünüzü açın, son dövrün tarixindən dərs alın. Bizim Qarabağ məsələsində müttəfiqimiz yox idi. Bəzi erməni ekspert dairələri Ermənistan və Azərbaycanın vasitəçi olmadan birbaşa danışıqlar aparmasından narahat olduqlarını bildiriblər. Bu mütəxəssisləri sözlərinə diqqət etməyə çağırıram. Əslində, birbaşa danışıqlar Ermənistanı boğazından yapışıb Moskva platformasına çəkməkdən qat-qat yaxşıdır. Niyə birbaşa danışıqlara getməyək? Axı, söhbət əsirlərin qaytarılmasından gedir; söhbət müharibədən qat-qat yaxşı olan danışıqlardan gedir. Bu ekspertlərə sual vermək istərdim: 32 əsirimizi danışıqlardan sonra geri qaytarmağın nəyi pisdir? Hətta güzəştlər bahasına olsa da, biz sülh müqaviləsinin imzalanmasına nail olmalıyıq. Sülh müqaviləsinin imzalanmasına gəlincə, İrəvan daxilində Qarabağın buraxılmış “parlamenti”nin keçmiş “deputatları” yenidən bu məsələsinin yükünü Ermənistanın ayağına asırlar. Əvvəlcə çox sadə bir suala cavab versinlər: onlar özləri Qarabağa qayıtmağa hazırdırlarmı? Əziz Qarabağ erməniləri, gözünüzü açın, son dövrün tarixindən dərs alın. Qarabağın “müstəqilliyi” məsələsində bizim müttəfiqimiz yox idi”. Digər erməni politoloq Akop Badalyan isə vurğulayır ki, vəziyyət pisləşəcəyi halda Ermənistanın köməyinə heç kim gəlməyəcək: “Özümüzü aldatmayaq: Ermənistanda xarici təsir həmişə yüksək olub. İrəvanda hakimiyyətdə qalmaq məsələsi xarici mühitdən asılı olacaq və bu gün İrəvanda yaranmış vəziyyət hamı üçün faydalıdır. Bundan başqa, Ermənistanda doğrudan da hakimiyyətə gəlib məsuliyyəti öz üzərinə götürmək istəyən siyasi qüvvə yoxdur. İndi Paşinyan Qərbi regiona cəlb etməyə çalışır, amma Qərbin buna imkanı və istəyi yoxdur, hər şey söz üzərində qurulub, praktikada konkret addım görünmür. Ermənistan KTMT əleyhinə bəyanatlarla Qərbi məcbur etməyə çalışır, Qərb isə sadə bəyanatlarla cavab verir. Cənubi Qafqazda Rusiya olmasa belə, regiona gələn istənilən yeni oyunçu Türkiyə və Azərbaycanla razılığa gəlməlidir. Yalnız bu halda təhlükəsizlik sahəsində yeni oyunçu meydana çıxa bilər. Söhbət Fransadan gedir. Ona görə də bizim xəyali məntiqimizlə bu ola bilməz. Rusiya yoxdursa, o zaman bu, Türkiyə, Azərbaycan və İranla müqaviləsi olan ölkə olmalıdır. Hazırda Ermənistan hakimiyyəti öz bəyanatları ilə bizi illüziyalara qərq edir. İllüziyaların tələsinə düşməmək və fəlakətdən qaçmaq üçün vəziyyəti dəyərləndirməyi bacarmalıyıq”.

Hazırda vəziyyətin Ermənistanın lehinə olmadığını bu ölkənin müxalif qüvvələri daha çox diqqət mərkəzinə gətirir. Bunu parlamentin “Hayastan” fraksiyasından olan deputat Artur Xaçatryan da xüsusi olaraq vurğulayır: “Xarici mühit Ermənistanın maraqlarını müdafiə etmək üçün vacibdir, lakin siz təkbaşına ona arxalana bilməzsiniz, çünki hakimiyyətdə kimin olmasından çox şey asılıdır”. Xaçatryanın fikrincə, ölkə qlobal oyunçuların maraqlar balansından və ya ziddiyyətlərindən ya faydalana, ya da zərər çəkə bilər. Onun sözlərinə görə, Azərbaycan bu mərkəzlərin heç biri ilə münaqişəyə girmədən həm Qərblə, həm də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq qura bilib. Ermənistan hakimiyyəti nə birindən, nə də digərindən heç bir geosiyasi mənfəət əldə etmədən ölkəni Moskva ilə kollektiv Qərbin qarşıdurma meydanına çevirib. Siyasətçi hesab edir ki, Ermənistan rəhbərliyi ortabab siyasət aparırsa, xarici mühitin günahı yoxdur. Rusiyalı politoloq Modest Kolerov isə vurğulayır ki, bu şəraitdə Bakı Zəngəzur dəhlizi ilə bağlı da istəyinə nail olacaq: “Bakıda dəfələrlə gündəmə gətirilən Zəngəzur dəhlizi onların daxili məsələsidir, ancaq formal mənada. Aydındır ki, həmin dəhlizə nəzarət təkcə Naxçıvanla birbaşa quru əlaqə yaratmaq deyil, həm də 2 məsələni həll etmək məqsədi daşıyır: birincisi, Naxçıvana nəzarəti 100 faiz bərpa etmək - indi Azərbaycan bunu Türkiyə ilə bölüşməlidir, bu da Naxçıvanın coğrafi baxımdan uzaq olması ilə bağlıdır. İkinci: dəhliz müəyyən edildikdə, Heydər Əliyev ideyasına, Türkiyə ilə Azərbaycanın hansısa formatda birləşməsi ideyasına qayıtmaq üçün heç bir maneə olmayacaq. Bunun üçün İlham Əliyevə geniş azadlıq lazımdır. Mən Azərbaycan müxalifətinin Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş seçkilərlə bağlı səsləndirdiyi fikirlərə ciddi yanaşmıram - saxtakarlıqdan danışırlar. Əliyev artıq qalib gəlibsə, niyə saxtakarlığa əl atmalıdır? İnsanlar onsuz da onu seçməkdən məmnun olacaqlar. Onun növbədənkənar seçkilərə getməsi özünə maksimum sərbəstlik vermək istəməsindən xəbər verir. Və düşünməli, başa düşməlisiniz ki, o hansı problemi həll etmək üçün bu sərbəstliyi əldə etmək istəyir. Ermənistanla bağlı bunu Zəngəzur itkisi ilə ifadə etmək olar”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031