KÖHNƏ VERSİYA            

Brüssel formatı bərpa olunur - Makron çıxdaş edildi…

Image

Azərbaycan və Ermənistan son illərdə Brüssel, Vaşinqton və Moskvanın vasitəçiliyi ilə də sülh müqaviləsi üçün danışıqlar aparıb. Lakin sonradan Fransanın qərəzli mövqeyi Brüssel formatının iflası ilə nəticələnib. Elə bundan sonra Azərbaycan, Fransa yer alacağı halda, Brüssel formatında iştirakın mümkünsüz olduğunu bəyan etdi.

Artıq  qəbul edilir ki, Fransanın Azərbaycan və Ermənistan arasındakı münasibətlərə heç bir aidiyyəti yoxdur. Xatırladaq ki, Azərbaycan xoş məram nümayiş etdirərək, Fransanın Praqada Brüssel formatı çərçivəsində keçirilən görüşdə iştirakına razılıq verdi. Amma bu ölkənin rəhbəri Emmanuel Makronun və bütünlükdə Parisin mövqeyi sübuta yetirdi ki, Fransanın, bütövlükdə Cənubi Qafqazda cərəyan edən proseslərdən kənarda qalması bu bölgəyə sülhün, sabitliyin daha tez gəlməsi üçün ən vacib şərtlərdən biridir. Azərbaycanın bu yanaşması artıq dünyada, o cümlədən Avropanın özündə qəbul olunur. Yeri gəlmişkən qeyd edək ki, Brüssel formatı Azərbaycanın istədiyi formada bərpa olunur. Danışıqlar üçlü formatda olacaq: Azərbaycan-Ermənistan-Avropa İttifaqı Şurası. Müzakirələrin gedişində Zəngəzur dəhlizinin açılması da əsas yerlərdən birini tutacaq. Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də təsdiq edir. O qeyd edir ki, Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişinin imzalanması üçün çalışır. Brüssel danışıqları bərpa olunur. Şarl Mişel “Azadlıq” radiosuna verdiyi müsahibədə detallara vararaq bildirir ki, saziş sərhədlərin delimitasiyasına əsaslanmalıdır: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılması yönündə müxtəlif modellər müzakirə mövzusudur. Məndən ötrü vacib olan nəticədir. Bilirsiniz ki, biz Azərbaycan və Ermənistanla qarşılıqlı inamın bərpası üçün çox yaxından işləmişik. Məlum olduğu kimi, tərəflər arasında istər tarix, istərsə də bir-birinə münasibət baxımından çox böyük çətinliklər olub. Amma biz müəyyən irəliləyişə də nail olmuşuq və mən çox nikbinəm. Bir neçə gün öncə Azərbaycan və Ermənistan rəhbərliyi birgə açıqlama yayıb. İndi ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və nəqliyyat əlaqələrinin bərpası, bu istiqamətdə modellərin tapılması yönündə çalışmaq məsələsində hər iki tərəfdə siyasi iradə müşahidə hiss olunur. Biz Avropa İttifaqında tərəflər arasında sülh sazişinin imzalanması üçün səy göstərməkdə qərarlıyıq”.

O bildirir ki, beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı bu regionda olanları izləyir: “Çünki Cənubi Qafqaz təhlükəsizlik, iqtisadi inkişaf baxımından nə qədər irəliləyərsə, bu, Avropa İttifaqı, elə dünya üçün də yaxşı olar. Məsələn, biz düşünürük ki, etnik ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmaq, ən azından ora səfər etmək haqları təmin edilməlidir. Və beynəlxalq standartlara uyğun olaraq, milli azlıqların təhlükəsizliyinin qorunması baxımından buna təminat verilməlidir. Azərbaycan Konstitusiyasında yer alan milli azlıqların qorunması çərçivəsində buna təminat olmalıdır. Biz həm Nikol Paşinyan, həm də İlham Əliyev ilə bütün çətinliklərin aradan qaldırılması yönündə danışıqlar aparırıq. Mən səmimi şəkildə inanıram ki, bugünlərdə əldə edilmiş irəliləyişin ardınca münasibətlərin normallaşması və bu mühüm regionda təhlükəsizliyin gücləndirilməsi yönündə - doğru istiqamətdə əlavə addımlar atılacaq”. Sülh sazişində Qarabağ ermənilərinin hüquqlarına və təhlükəsizliyinə aid ayrıca maddənin  olub-olmayacağı ilə bağlı Şarl Mişel  bildirib: “Mən məsələni qəlizləşdirməmək üçün detallara çox varmaq istəməzdim. Amma indi münasibətləri normallaşdırmaq üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ehtiyac var. Bu sülh sazişi sərhədlərin delimitasiyasına əsaslanmalıdır. Bu sülh sazişi həm də yaxşı bir çərçivə ola bilər ki, regionda nəqliyyat əlaqələri yaxşılaşsın. Bu, həmin regionda iqtisadi inkişafa müsbət təsir edərdi. Eləcə də başqa ölkələrin, məsələn Gürcüstanın. O ki qaldı Qarabağ ermənilərinə, Avropa İttifaqı bu məsələni hərtərəfli diqqətdə saxlayır, biz bu məsələdə səylər göstəririk. Azərbaycan tərəfini inandırmağa çalışırıq ki, milli azlıqların haqlarının qorunması və beynəlxalq standartlara əməl olunması məsələsində xoş niyyətlərini açıq nümayiş etdirsinlər. Mən səmimi şəkildə inanıram ki, apardığımız bu müzakirələrin nəticəis olaraq Avropa İttifaqı üçün prioritet olan bir məsələdə irəliləyişə nail ola bilərik”. O, Zəngəzur dəhlizi barədə də maraqlı fikirlər səsləndirib: “Mən konkret olaraq onu deyərdim ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqələrinin müxtəlif modelləri ilə bağlı müzakirələr aparılır. Elə prezident də Əliyev dəfələrlə aydın şəkildə bildirib ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Amma konkret modellərlə bağlı müzakirələr aparılır. Elə bir model olmalıdır ki, Ermənistanın ərazi bütövlüyü pozulmasın. Bu konkret mövzulardır ki, müzakirə edilir. Mühüm mövzudur, çünki bu məsələni həll edə bilsək, regionda iqtisadi əməkdaşlığın güclənməsinə və beləliklə, regionun iqtisadi cəhətdən daha da inkişaf etməsinə nail ola bilərik”. Yüksək səviyyədə Azərbaycan-Ermənistan danışıqlarının son aylar ərzində dayanmasını, Bakının Avropa İttifaqı və ABŞ-ın vasitəçiliyi ilə danışıqlardan imtinasını şərh edən Şarl Mişel  bildirib: “Dekabrın 11-də burada Azərbaycanın xarici işlər naziri ilə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi arasında görüş olub. Bu onu göstərir ki, biz hər iki tərəflə daimi kontaktdayıq. Yaxın günlərdə Ermənistanın xarici işlər naziri ilə də görüş olacaq. Biz səhnə arxasında çox fəalıq, həm Azərbaycan, həm də Ermənistanla irəliləyiş əldə olunması üçün ciddi iş aparırıq. Azərbaycan və Ermənistanın birgə açıqlaması həm də ona görə baş tutdu ki, qismən biz də bu işdə iştirak etdik, onlara bu məsələdə kömək etdik, açıqlamada yer alan məsələlərdə mövqelərini yaxınlaşdırmaq üçün onlara müəyyən təkliflər, ideyalar verdik. Biz sülh sazişinin imzalanması yönündə əlavə addımların atılması üzərində işləməyə davam edirik. Eləcə də Brüsseldə baş tuta biləcək görüşlərin təşkili üzərində işləyirik. Amma fikrimizcə, görüşlərin yeri məsələsindən nəticəsi daha vacibdir. Ermənistandakı, Azərbaycandakı insanlar üçün də, bizim üçün də sülh, təhlükəsizlik, firavanlıq daha vacibdir”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031