KÖHNƏ VERSİYA            

Azərbaycançılıq ideyası milli inkişafın əsas hərəkətverici qüvvəsidir

Image

İdeya, ideologiya sosial transformasiyalar üçün əsas şərtlərdən biri kimi çıxış edir. Təsadüfi deyil ki, transformasiya özü ilkin olaraq sosial inkişaf nəzəriyyələrinin ideoloji aspektlərinin təhlilini nəzərdə tutur. Çünki onun çərçivəsində sosial dəyişikliklərin strategiyası və taktikası formalaşır. Eyni zamanda, əminliklə iddia etmək olar ki, dünya fəlsəfi, ictimai-siyasi və iqtisadi fikrində, istər klassik, istərsə də müasir, ictimai inkişafa dair bütün nəzəriyyələr həmişə xalqın keçmişini, bu gününü və gələcəyini “ideoloji cəhətdən rəngləndirir”.

Cəmiyyətlər bu fonda reallığın müəyyən ideoloji modellərini istifadə edirlər. Bütöv, formalaşmış ideologiya həmişə bu və ya digər “gələcəyin ideal obrazını” sosial reallığa çevirmək istəyi ilə birlikdə böyük sosial modernləşmə kimi də özünü göstərir. Elə azərbaycançılıq ideyasına bu prizmadan da nəzər salmaq olar.

Milli birliyin təməl daşı

Bu gün Azərbaycan cəmiyyətinin bütün mənəvi resursunu uğurlu, rəqabətədavamlı, sıçrayışlı inkişaf üçün səfərbər edən milli ideologiya kimi azərbaycançılıq müstəsna rol oynayır.  Məhz bu ideologiyanın mövcudluğu milli inkişafın iqtisadiyyatda, geosiyasətdə, elmdə, incəsənətdə və digər sahələrdə real modernləşmə sıçrayışları üçün əsas şərtdir.

Artıq sübut olunub ki, ilhamverici ideologiyanın olmaması ictimai şüurda, dövlət və ictimai həyatın bütün sahələrində “tarixi itkilərin” və deqradasiya proseslərinin əsas səbəbidir. İdeologiyanın sosial hadisə kimi spesifikliyi də çox mühümdür.  O, hər hansı bir cəmiyyətdə, istənilən siyasi rejimdə mövcuddur və daha çox təəccüblüdür ki, hər bir insan daim hər hansı bir ideologiyanın təsir dairəsindədir. Bir qayda olaraq, o, ideallarının və dəyər oriyentasiyalarının formalaşmasına təsir edən ideoloji məlumatların müəyyən hissələrini qəbul edərək bunu hiss etmir, çünki bu proses adətən fiziki şəkildə əks olunmur. Eyni zamanda, ideologiya müəyyən biliklər toplusu, konkret informasiya sistemi kimi özünəməxsus maddi ifadə formalarına, konkret mənbələrə, istiqamətlərə, təsir obyektlərinə malikdir. Mənəvi mədəniyyətin fenomeni kimi ideologiyanın empirik nümayəndələri aydın müəyyən edilənə qədər bu və ya digər ideologiyanın cəmiyyətdə yayılması üzrə fəaliyyətlər belə deməkolarsa, kor-koranə, aşağı səmərəliliklə həyata keçirilir. Çünki bu halda, bir qayda olaraq, adekvat vasitələr, formalar mövcuddur və yetrıli üsullar tapılmamış olur. Amma o, aydın müəyyən ediləndən sonra vəziyyət dəyişir. Bu səbəbdən ideologiya öz təbiətinə görə subyektiv bilik olmaqla, elm tarixində daima siyasətlə məşğul olan müəlliflərin əsasən tendensiyalı tədqiqat obyektinə çevrilib. Ancaq yenə də elmi ədəbiyyatda ideologiyanın mənəvi mədəniyyət hadisəsi kimi mahiyyəti ilə bağlı obyektiv araşdırmalar hələ də azdır. Burada digər vacib məqam budur ki, istənilən sosial bilik potensial olaraq ideolojidir, lakin o, müəyyən sosial hadisələri müəyyən qrupların ehtiyacları nöqteyi-nəzərindən qiymətləndirirsə, onun əsasında siyasi biliklərin inkişafı üçün istifadə olunan konstruktiv ideyalar formalaşırsa, bu zaman ideologiyaya çevrilir. O, sonda cəmiyyətin, dövlətin inkişafında mühüm rol oynayır, milli həmrəylik yaradır. Yenə azərbaycançılıq ideyası bunun faktiki sübutlarından biridir. Xüsusən də qlobal dəyərlərin böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə azərbaycanlıların müxtəlif dövlətlərin vətəndaşları olması onların milli birliyi üçün böyük maneə yaratmır. Hər şeydən əvvəl ona görə ki, azərbaycanlıların siyasi iradəsini ifadə edən müstəqil dövləti, özünəməxsus adət-ənənələri, dili, dini və azərbaycançılıq ideologiyası var. Beləliklə, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir soydaşımız azərbaycançılıq ideologiyasından güc alaraq, ölkəmizin inkişafına öz töhfəsini verir.

Azərbaycançılıq ictimai fəaliyyətin leytmotivinə çevrilib 

İdeologiya ictimai prosesləri əks etdirən və təsvir edən hal olaraq obyektiv həqiqəti əks etdirməlidir. Çünki ideologiya, doğrudan da, öz təbiətinə görə subyektiv bilikdir. Öz növbəsində, hər hansı yanlış, maraqlı, qərəzli biliklər də həmişə ideologiya rolunu oynaya bilməz. Cəmiyyətin inkişafının istənilən tarixi mərhələsində bir-biri ilə rəqabət aparan bir neçə ideologiya arasında reallığı ən adekvat əks etdirən və sivilizasiyanın inkişafının obyektiv qanunlarına ən uyğun olan belə bir ictimai hərəkat üçün istiqamətlər təklif edənlər ola bilər. Məhz bu ideologiyalar həqiqət meyarına cavab verir, deməli, elmi xarakter daşıyır. Bu baxımdan, elmi ideologiya anlayışı mühüm metodoloji məna daşıyır, çünki belə bir anlayış müəyyən bir sinfin və ya sosial qrupun əks olunan subyektiv marağının obyektiv meyllərlə üst-üstə düşdüyü ideologiyalara aid edilə bilər. O, cəmiyyətin inkişafında mühüm rola malikdir.

Bu yanaşma ideologiyanın müsbət məqamlarını təmsil edən komponentlərini, ona səfərbərlik funksiyasını yerinə yetirməyə imkan verən, kütlələri mütərəqqi transformativ hərəkətlərə ruhlandıran konstruktiv ideyaları adekvat qiymətləndirməyə imkan verir. Beləliklə, bu və ya digər ideologiya həqiqi bilik formasında meydana çıxa bilər. İstənilən ideologiya daim modernləşməli və yenilənməlidir, doqmaya çevrilməməyə çalışmalıdır. Azərbaycançılıq ideologiyasının üstünlüyünü şərtləndirən məqamlardan biri də elə budur. Bu ideologiyanın informasiya sistemi kimi strukturlaşdırılması da mümkündür. Elmi ədəbiyyatda ideologiyanın tərkib hissələrini kütləvi şüura yaxınlaşma dərəcəsindən asılı olaraq onun üç əsas səviyyəsi şəklində təcrid etmək qəbul olunur. İdeologiyanın birinci, ən yüksək səviyyəsi siyasi hərəkatların əsas prinsiplərini müəyyən edən nəzəri-konseptualdır. Bu məqsədlə müvafiq humanitar elmlərdən əldə edilmiş biliklərdən istifadə edilir. İkinci səviyyə proqram xarakterli və siyasidir. Bu zaman siyasi partiya və hərəkatların proqramlarında onların həyata keçirilməsinin müəyyən dövrünə uyğun gələn məqsəd və vəzifələr şəklində ümumi ideya və prinsiplər konkretləşdirilir. İdeologiyanın üçüncü səviyyəsi adi, aktual, siyasi hərəkətlərin konkret iştirakçılarının fərdi və qrup şüuru səviyyəsində özünü göstərir. İdeologiyanın əsas komponentləri onun oriyentasiya altsisteminə daxil olan ideya və ideallardır ki, bu da maraqları bu ideologiyada əks olunan siniflərin və sosial qrupların strateji məqsədlərini müəyyən edir. Azərbaycançılıq ideologiyası qeyd edilənlər fonunda Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir hadisədir. Azərbaycanda yaşayan hər bir azərbaycanlı özünü xalqımızın bu vaxta qədər yaratdığı milli-mənəvi dəyərlər sisteminin varisi hesab etməklə, həm də onu zənginləşdirmək üçün fəaliyyət göstərir. Azərbaycançılıq ideologiyasının milli fəaliyyətimizin və yaxud ümumi ictimai fəaliyyətimizin leytmotivinə çevrilməsi bu mənada təbiidir.

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031