Hakan Fidan Bakıya gəlir...
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana gəlir. Trend diplomatik mənbələrə istinadən xəbər verir ki, sabah türkiyəli nazirin Bakıda bir sıra görüşləri planlaşdırılır.
Qeyd edək ki, Hakan Fidan oktyabrın 10-da Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər toplantısında iştirak etmək üçün Azərbaycana səfər etmişdi.