DİN maarifləndirici videoçarx yaydı - Kart məlumatları tam məxfi saxlanmalıdır... - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) kibertalamaya və kiberdələduzluğa qarşı növbəti maarifləndirici videoçarx hazırlayıb.
Kart məlumatları yalnız kartın sahibinə təqdim olunur və tam məxfi saxlanılması zəruridir. Heç bir halda bank və şəxsi məlumatlarınızı digərlərinə təqdim etməyin.
Kartdan-karta pul vəsaitlərinin köçürülməsi üçün bank kartının önündəki 16 rəqəm kifayət edir. CVV kod və digər məlumatların məxfiliyini qorumaq vətəndaşın öhdəliyidir.