MDB missiyası Azərbaycanda seçkiləri müşahidə edəcək...
MDB müşahidəçilər missiyası Azərbaycan, Belarus və Rusiyada keçiriləcək seçkiləri müşahidə edəcək. Bunu MDB-nin baş katibi Sergey Lebedev jurnalistlərə açıqlamasında deyib.
“Gələn il təşkilatımızın aparıcı dövlətlərində seçkilər ilidir. Prezident seçkiləri ilk olaraq fevralda Azərbaycanda, daha sonra Belarusda, martda isə Rusiya Federasiyasında keçiriləcək. MDB İcraiyyə Komitəsi artıq bu seçkiləri müşahidə etməyə hazırlaşır”, - deyə o bildirib.
Lebedev seçkiləri müşahidə etmək üçün MDB missiyasının formalaşdırılması və göndərilməsi ilə bağlı dəvətin gəldiyini bildirib.
O dəqiqləşdirib ki, Azərbaycandan yazılı, Belarus və Rusiyadan isə şifahi dəvətlər gəlib.
TAHIR