Dəm qazı yenə can aldı - bu dəfə Xaçmazda...
Xaçmazda 30 yaşlı kişi dəm qazından zəhərlənib. Belə ki, şəhərin 20 Yanvar küçəsində 1994-cü il təvəllüdlü Əliyarov Roman Rüstəm oğlu yaşadığı evin hamamında çimərkən orada olan su qızdırıcısının buraxdığı dəm qazından zəhərlənərək ölüb. Araşdırma aparılır.
Mətləb